Ucar sakininin adına külli miqdarda pul götürdü və... - VƏTƏNDAŞDAN ŞOK İDDİA
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Ucar rayonu Boyat kənd sakini Güləliyev Andrey Nəsib oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hafiz Məmmədov (Hafka Hafiz) və oğlu Kənan məni aldadıb adıma küllü miqdarda kreedit götürüb aldadıb məni pis vəziyyətə qoyublar. Belə ki, mən qohumumun vasitəsi ilə 2009-cu ildə Hafka Hafizin Bakı şəhərindən Teymur Əliyev küçəsindəki villasında qulluqçu işləyirdim.2012-ci il tarixdə Hafka Hafiz mənə dedi ki, şəxsiyyət vəsiqəni götür nümayəndə ilə get «ZQAN» banka sənədə imza et səni yeni vəzifəyə təyin edirəm. Mən də Hafka Hafizin nümayəndəsi ilə gedib əvvəlcədən hazırlanmış sənədə imza etdim.Sonradan mənə məlum oldu ki, Hafka Hafiz mənim adıma 700.000 (yeddi yüz min) manat ZQAN bankdan kredit götürüb.Bir neçə ay sonra isə mənim iştirakım olmadan Hafka Hafizin oğlu Kənan ZQAN bankdan mənim adıma 100.000 ABŞ dolları kredit götürüb. Mən bu barədə Hafka Hafizə dedikdə bildirdi ki, narahat olma kredit vaxtında ödəniləcək heç bir qorxusu yoxdur.Mən onun imkanna və kişi kimi söz verməsinə inanıb arxayın oldum. Ancaq 2018-ci ildə Hafka Hafizin villasından işdən çıxıb başqa idarədə tır maşnına sürücülük etməklə məşğul olmağa başladım.2020-ci il tarixdə mənə Ucar Məhkəməsindən bildiriş gəldikdə məlum oldu ki, kredit borcuna görə mənə qarşı iddia qaldırılıb.Kredit borcum olaqn 700 min manat faizlər hesablanmaqla 875 min manat, 100 min ABŞ dolları isə 196 min ABŞ dolları olmuşdur.Bu isə ümumilikdə bir milyan manatdan çox pul edir.“ZQAN” və “Bank of Azərbaycan” bankları müflis olduğu üçün səlahiyətləri əmanətlərin sığortası fonduna keçmişdir. İndi mən Azərbaycandan kənara yük daşıya bilmirəm çünki bir milyon manatdan çox kredit borcum olduğu üçün ölkədən çıxışıma stop qoyulub.Həttda borcu ödəyə bilməsəm məni həbs gözləyir.Mənim isə nəinki bir mlyonu heç min manatı ödəməyə maddi imkanım yoxdur.Hafka Hafiz və oğlu Kənan məni aldadıb cinayət yolu ilə adıma kredit götürüb evimi yıxıblar.Onların bu hərəkətləri cinayət əməli hesab olunur. Qeyd edim ki, həttda kredit götürülən zaman bankın sədr müavini Şamil Aslanov bütün sənədləri özü hazırlayıb gətirdi mənə imza etdirdi.Sonradan mən Şamil Aslanova zəng edib məni nə üçün aldatdıqlarını bildirdikdə dedi ki, mən 500 min manata qədər kreditin verilməsində iştirak edirəm ondan yuxarı məbləqlərə Hafka Hafiz özü razılıq verməlidir.Həmin vaxt mən Şamil Aslanova bildirdim ki, bəs Kənan Məmmədov 100 ABŞ dolları krediti iştirakım olmadan mənim adıma götürməsinə nə üçün razılıq vermisən sualını verdikdə cavab verə bilmədi.Dedi bütün bu saxtakarlıqları Hafka edib.Şamil Aslanovla aramda telefon danışıqları olan səs yazısı var. Qeyd edim ki, “ZQAN” və “Bank of Azərbaycan” banklarının sədr müavini Şamil Aslanov hazırda Xətai rayon icra hakimiyyətində məsul vəzifədə işləyir. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb mənə qarşı cinayət törətmiş Hafka Hafizin və oğlu Kənanın barəsində ciddi tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...