Axtarış...

“Bank of Baku” 9 nəfərlik ailəni evsiz qoyur - GİLEY

“Bank of Baku” 9 nəfərlik ailəni evsiz qoyur - GİLEY


Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına
Surəti : Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Xanım Əliyevaya
Surəti : “Xalqxəbər.az” saytının rəhbərliyinə

Şikayətim “Bank of Baku” ASC tərəfindən aldadılmağımdandır.
Ağciyər xəstəliyindən əziyyət çəkən həyat yoldaşımın müalicəsi üçün Sumqayıt ş., 6-cı mkr, ev-35, mənzil-158) 3 otaqlı evimi girov qoyaraq “Bank of Baku”-nun Sumqayıt filialından 22 500 ABŞ dollar (köhnə məzənnə ilə) kredit götürmüşdüm. Dollarin kursunda artım olduqdan sonra banka 15 000 manat qalıq borcum qalmışdı. Bankın İlkin adlı əməkdaşı mənə 5000 manat bildirdi ki, “5000 manatdan yuxarı ödəniş etsən banka olan borcun köhnə məzənnə ilə hesablanacaq” Mən bank əməkdaşının bu təklifinə inanaraq 8350 manat ödəniş etdim. Buna baxmayraq, bank bundan sonra mənə mənə əlavə cərimə və faizlər hesablayaraq borcumu 22000 manata çatdırdı. Borcun ödənilməsi üçün məni Sumqayıt Şəhər Məhkəməsinə verdilər.
Hazırda evimin hərrac yolu ilə satılmasına qərar verilib. 3 otaqlı evdə özümdən savayı qardaşım da ailəsi ilə yaşayır. Mənzilin hərrac yolu ilə satılması 9 nəfərdən ibarət 2 ailənin evsiz qalması deməkdir. Mən özüm şəkərli diabet, həyat yoldaşım isə ağciyər xəstəsidir. Ailəmizdə işləyən şəxs yoxdur. Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var. Yaşadığımız mənzilin bank tərəfindən hərrac yolu ilə satışa çıxarılması hər 2 ailədə böyük faciələrə zəmin yaradır. Şəxsi məlumatlarıma görə yaşadığımız mənzili dəyər-dəyməzinə hərrac yolu ilə bankın digər işçisinə satmaq istəyirlər.
Sizdən artıq dərəcədə xahiş edirəm bank tərəfindən süni yolla yaradılmış 22000 manat borcdan cərimə və faizlərin silindikdən sonra qalıq borcu ödəməyim üçün məndən Öz köməyinizi əsirgəməyəsiniz. Son ümid yerimiz Göydəm Allaha Yerdə isə Cənab Prezidentimizə və Hörmətli Mehriban Xanım Əliyevayadır.
Öncədən Sizə Öz dərin minnətdarlığımı bildirirəm
Hörmətlə Babayev Ramil Sabir oğlu

Ünvan : Sumqayıt ş,, 6-cı mk/rn, ev-35, m.-158
Telefon: 050 362-07-97
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz