Hörmətli dostlar,
Son 1 həftə ərzində tarixi günlərimizlə əlaqədar QHT Agentliyi ilə bağlı məsələlərə yer ayırmadım. Hər şeydən öncə bizim üçün bu günlərdir.
Bir daha hər birinizi Zəfər Günümüz münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandana, şanlı ordumuza sonsuz təşəkkür edirəm.
Bir neçə gün bundan öncə bir videomaterial paylaşıldı və mənim də böyük marağıma səbəb oldu. Ortada ciddi faktlar olduğu halda hər kəs susdu və üzərindən keçdi.
Kiçik bir araşdırma aparmaq məcuriyyətində qaldım.
Deməli QHT Agentliyinin ötən qrant müsabiqələrinin birində “satılıq” bir QHT qalib elan olunub.
İddia olunur ki, bu QHT-nin qalib olmasından Müşahidə Şurasının xəbəri yoxdur. Çünki qanunsuz bir əmələ Müşahidə Şurası imza atmazdı.
QHT-nin sədri rəsmi olaraq başqa bir şəxs olsa da, Agentliyin icraçı direktoru Aygün Əliyevanın rəfiqəsi Nahidə adlı bir xanımın adı qeyd olunub. Xanım isə QHT sektorunda deyil, əvvəllər Binəqədi İcra Hakimiyyətində, hazırda isə TƏBİB-də çalışır.
Layihəyə 9500 manat ayrılsa da, mediada bu layihənin icrasına aid bir xəbər tapmadıq. Demək ki, həmin vəsait sadəcə silinmək üçün öz QHT-lərinə köçürülüb.
Satılıq olan bu QHT ilə bağlı bütün sənədləri əldə etmişik və yaxın zamanlarda youtube kanalımız vasitəsilə hər bir detalı açıqlayacayıq.
Böyük ehtimal ki, bu kimi satılıq təşkilatların sayı və pul silinməsi üçün ayrılan vəsaitlərin həcmi çoxdur.
Faktı araşdırmaq və ölçü götürmək aidiyyəti qurumların işidir.
Biz sadəcə eşitdiyimiz və əldə edə bildiyimiz faktları ictimaiyyətin diqqətinə çatdırırıq. Anlayırıq ki, media vasitəsilə üzərimizə basqılar artacaq, amma bu dövlət vəsaitidir və Cənab Prezident bu vəsaiti QHT-lərin təşəbbüslərinin dəstəklənməsinə ayırıb.
Bu vəsait kimlərinsə şərikli biznesinə ayrılmayıb.
Belə saxtakarlıqların üzərindən keçilməsi başqa mətləblərdən xəbər verir.
Biz hər zaman dövlət maraqlarından çıxış edərək QHT Agentliyindəki saxtakarlıqları ifşa etmişik. İlk dəfə Agentliyin böyük vəsait sildiyi “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbirlə bağlı, daha sonra 40-dan çox ölü QHT-yə qrant ayrılması faktlarını və s.
İnanırıq ki, kimlərinsə ört-bastır etməyə çalışdığı faktlarla QHT sektoru zamanla daha yaxından tanış olacaq.
Samir Adigozelli
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...