Əziz dostlar, həmkarlar!
Dünən Azərbaycan Prezident xalqımıza elə gözəl tarixi anlar yaşatdı ki, hələ də onun təsiri altındayıq.
Prezident İlham Əliyev başda olmaqla bütün Ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfalar diləyirik.
Qazanılmış uğurlar, ayrı-ayrı sahələrdə görülən müsbət işlər QHT Agentliyində baş verən neqativ halları bizlərə unutdurmamalıdır.
Başqa sahələrə baxıb oradakı idarəetməyə, həyata keçirilən işlərə baxıb yaxşı mənada paxıllıq hissi keçirirəm. Təəssüf olsun ki, QHT Agentliyi ilə bağlı aylardı ortaya qoyulan dəqiq faktlar əksinə kimlərisə qıcıqlandırır və səhv olduğunu bilə-bilə yola davam edirlər.
Amma bunun sonu yoxdur, gec-tez ölkə başçısı bu özbaşınalıqlardan xəbərdar olacaq.
Müşahidələrimiz onu göstərir ki, QHT Agentliyi bir zamanlar Ziya Məmmədovun rəhbərlik etdiyi dövrdə Nəqliyyat Nazirliyindən sonra ən çox tənqid olunan qurumdur. Qoçu dəstələrinə dur deyən yox idi, amma sonunda durdurdular.
Bu gedişlə QHT Agentliyi Ginnesin rekordlar kitabına bu meyara görə düşəcək.
Bir neçə gün öncə Agentlikdən nəzarətsizliyin nəticəsində yaranmış özbaşınalığın bir nümunəsini göstərdik. Suşi, üz kremləri və s. reklamları.
Həmin əməkdaş yenə öz sahibkarlıq fəaliyyətini davam etdirir.
Bu gün isə digər xanım əməkdaşın kofe satışı və kofe falına baxmaq xidməti ilə tanış edirik.
Diqqətlə izləsəniz fotolardan QHT Agentliyinin Çinar Plazadakı və hazırda yerləşdiyi ofisin balkonunda çəkilmiş fotolara rast gələ bilərsiniz. Skrinləri sizə təqdim edirəm. Çox dərinə gedib bu məsələ ilə bağlı bütün detalları açmaq istəmirik, aidiyyəti qurumlar istənilən vaxt araşdıra bilər.
Kim nə istəyir satsın, reklam eləsin, fala baxdırsın. Bu öz işləridir. Bu onların yeni idarəetmə formasıdır.
Belə qəbul olunur, rəhbərlik bu idarəetmədən razıdır.
Sadəcə istəyimiz budur ki, bu sektoru zəlil gününə qoymayın. İnsanların əməyinə hörmət qoyun. Bəyənmədiyiniz bu sektorda kifayət qədər özünə hörmət edən insan var.
Samir Adigozelli
Teref.az