Axtarış...

Samir Şərifovdan NARAZILIQ VAR - Hökumətyönümlü QHT-lər pulsuz qalıb

Samir Şərifovdan NARAZILIQ VAR - Hökumətyönümlü QHT-lər pulsuz qalıb


Bir neçə aydır ki, Azərbaycan hökumətindən maliyyə alan QHT-lər pulsuz qalıb.

Gununsesi.info bildirir ki, bu barədə iqtidara yaxınlığı ilə seçilən həmin QHT təmsilçilərinin sosial şəbəkələrdə yazdığı qeydlərdə bildirilir. Problemə baiskar kimi isə Maliyyə Nazirliyi günahlandırılır.

Araşdırmamız zamanı bəlli olub ki, Prezident fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının balansında yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti üçün prezident fərmanından irəli gələn müvafiq işləri aparılmayıb. Agentliyin fəaliyyətə başlaması üçün Nazirlər Kabineti müvafiq addımları atsa da ancaq Maliyyə Nazirliyi öz ürərinə düşən prosesi etməkdə yubanır.

QHT təmsilçiləri isə bildirir ki, Maliyyə Nazirliyini, ümumiyyətlə, QHT sektoruna “ögey övlad” münasibəti bəsləyib.

Məsələ ilə bağlı Maliyyə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz isə həmişəki kimi uğursuz oldu.

Mövzuya qayıdacağıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz