Axtarış...

Bu sektor ACINACAQLI DURUMDADIR... - İSBAM sədri HƏYƏCAN TƏBİLİ ÇALDI...


Son günlər QHT sektorunda müşahidə olunan neqativlərlə bağlı apardığı araşdırmaları ilə diqqətə gələn İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli yeni açıqlama ilə çıxış edib. DİA.AZ bildirir ki, İSBAM sədri sözügedən istiqamətdəki durumu təhlükləi adlandırıb.

DİA.AZ hüquq müdafiəçisinin açıqlamasını təqdim edir: "Bu gün QHT sektoru ilə bağlı həqiqətən acınacaqlı vəziyyət yaranıb.
Bu qurum işini hansı prinsiplər əsasında qurursa heç kimin ondan xəbəri yoxdur. Görünən odur ki, qurum qisasçılıq, QHT-lər arasında intriqa yaratmaq, bölücülük, şərçilik və s. prinsiplər əsasında işləyir. Agentlik bir nəfərin şəxsi mülkiyyəti və istəkləri ilə idarə olunur.
Mediaya verilən tapşırıq da odur ki, nöqsanları işıqlandırmayın, hansı QHT səsini çıxarsa şərləyin.
Ciddi bir siyasi səhv var. Amma buna baxan və əncam çəkən yoxdur.
Xatırladım ki, Azərbaycan Prezidentinin 27 iyul 2007-ci il, 2288 nömrəli sərəncamı ilə “ qht -lərə dövlət dəstəyi konsepsiyası” təsdiq edilib.
Orada QHT-lərə dövlət dəstəyinin əsas prinsipləri və formaları qeyd edilib . Sənəddə dövlət dəstəyinin əsas prioritetləri göstərilib.
Təəssüf ki, QHT Agentliyi Ölkə başçısının bu sərəncamına və konsepsiyasına nəinki əməl etmək, heç əziyyət çəkib öz rəsmi saytında da yerləşdirməyib.
Həqiqətən cəzasızlıq mühiti hökm sürür.
Nə vaxta qədər belə davam edəcək?
Bir neçə gün öncə Nazirlər Kabineti QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı yeni qaydaları təsdiq edib. Agentliyin icraçı direktorunun dediyinə istinad etsək, qaydaları Nazirlər Kabineti yox, Agentlik tərtib edib.
Məni o qaydalardakı ziddiyətlərdən öncə sənədin yuxarıda qeyd etdiyim Konsepsiyaya uyğunsuzluğu məsələsi narahat edir".

Məsələ ilə bağlı olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...Dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz