Axtarış...

"Azərsığorta" bütün sığorta satışlarını dayandırıb - Diqqət!

"Azərsığorta" bütün sığorta satışlarını dayandırıb - Diqqət!


"Azərsığorta" (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.

"APA-Economics"in sığorta şirkətindən əldə etdiyi məlumata görə, hazırda dövlət sığorta şirkəti heç bir sığorta növü üzrə satış həyata keçirmir. Mövcud öhdəliklərin icracı həyata keçirilir. Satışların nə vaxt bərpa olunacağı isə məlum deyil. "Satışların dayandırılması sığorta şirkətinin bağlanması demək deyil, bu şirkətin daxili qərarıdır" - sığorta şirkətindən əlavə edilib.

Qeyd edək ki, noyabrın 1-dən "Azərsığorta"nın avtomobillərin icbari sığortası üzrə satışları dayandırdığı bildirilmişdi. Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev isə "APA-Economics"in sualına cavab olaraq bildirmişdi ki, AMB tərəfindən şirkətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hər hansı qərarın verilməyib. Sığorta şirkətində biznesinin perspektivi və onun səmərəliliyi, eyni zamanda maliyyə dayanıqlılığı üzrə mövcud dinamikaların qiymətləndirilməsi prosesi həyata keçirilir. Satışların müəyyən dərəcədə məhdudlaşdırılmasında məqsəd qiymətləndirmənin daha qısa müddətdə və daha obyektiv aparmaqdır. Qiymətləndirmə aparıldıqdan sonra şirkətinin fəaliyyətinin perspektivi barədə onun üst idarəetmə orqanları tərəfindən müəyyən qərarlar veriləcək.

Xatırladaq ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən, sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bu isə faktiki olaraq müflislik deməkdir. İnvestisiya Holdiqinin nəzarətində olan dövlət sığorta şirkətinə ötən dövrdə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb. //"APA-Economics"/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz