Axtarış...

Sığorta şirkətləri SIRADAN ÇIXIR – “Mərkəzi Bank nə bir iş görür, nə də...”

Sığorta şirkətləri SIRADAN ÇIXIR – “Mərkəzi Bank nə bir iş görür, nə də...”


Ötən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Onların ləğv edilməsi nə ilə əlaqədardır? Bu ləğvolunma sığorta bazarındakı vəziyyətə təsir edəcəkmi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media saytına açıqlayan sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Mərkəzi Bank qanunauyğun şəkildə hüquqi şəxs sığorta agentlərindən hesabatlar tələb edir.

Onun sözlərinə görə, bu hesabatlar dəqiq və vaxtında təhvil verilmədikdə isə belə qərarlar qəbul olunur:

“Bu məsələ daim gündəmdə saxlanılır və Mərkəzi Bank tez-tez belə addımlar atır. Burada narahatedici məqam ondan ibarətdir ki, araşdırmalar zamanı 650-700 sığorta agentinin fiziki şəxs kimi fəaliyyət göstərdiyi məlum olub. Bunun da 155-ə qədərinin fəaliyyəti dayandırılıb ki, bu da 30 faiz azalma deməkdir”.

Məsələnin həll olunması üçün Mərkəzi Bank tərəfindən maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyacın yarandığını deyən ekspert vurğuladı ki, eyni zamanda, onlara mühasibatlıqla bağlı tədbirlər görülməlidir:

“Ancaq AMB onlar üçün nə treninqlər həyata keçirir, nə də hansısa bir iş görür, ancaq onlardan nə isə tələb edir və onların 30 faizinin fəaiıliyyətinin dayandırlmasına qərar verir. Bu da ciddi narahatlıq doğuran bir məsələdir”.

Şirkətlərinibir-birinin ardinca bağlanması, sığorta olunanlar üçün əlavə problemlər yaranmsına və bazarının dəyərinin aşağı düşməsinə səbəb olur...

Müsahibimizin mövqeyi belə oldu ki, sığorta şirkətlərinin bağlanması bu bazara çox ciddi təsir edəcək:

“Hətta bankların və onlara bağlı sığorta şirkətlərinin bir-birinin ardınca bağlanması da bazarda narahatlığa və bazarın zəifləməsinə səbəb olur. Digər tərəfdən isə icbari sığortalarla bağlı problemlər yoxdur. Ona görə ki, İcbari Sığorta Bürosu bu məsələdə cavabdehlik daşıyır. Əgər bu sahədə hansısa bir sığorta hadisəsi yaranırsa, o zaman problemin həllini qarşılayır”.

İ.İbrahimov, son vaxlar könüllü sığorta ilə bağlı da bəzi problemlərin olduğunu diqqətə çatdırıb:

“Sığorta şirkətləri öz vəsaitlərini yaxın olduqları banklarda saxlayırlar. Bu bank bağlanan zaman həmin vəsaitlərin batmasına səbəb olur. Bu da onu deməyə əsas verir ki, Məkəzi Bank müəyyən qaydalar qoysun. Çünki, həm banklara, həm də sığorta şirkətlərinə nəzarət edən qurum Mərkəzi Bankdır. Bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliyə əsasən, sığorta şirkəti öz vəsaitlərini bir bankda deyil, digər banklarda da saxlamalıdır”. Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz