MilliTV.az
Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarın izahını verib.
Nazirlər Kabinetindən "Report"a bildirilib ki, qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatı yaradır.
Həmin vəsaitdən inflyasiya, məzənnə dəyişikliyi, hərbi yaxud fövqəladə vəziyyət elan olunduqda və ya digər gözlənilməyən proseslərin təsiri ilə Agentliyin xərcləri artdıqda istifadə olunur.
Sığorta ehtiyatlarının istifadəsinə əsas verən hallar və həmin halların baş verməsi zamanı ehtiyatların istifadə olunması Agentliyin qərarı əsasında müəyyən olunur və Agentliyin sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədi daşıyır.