Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)“Azərsığorta” şirkəti barədə inzibati aktın qəbul edilməsi ilə bağlı qərar qəbul edib.
FED.az xəbər verir ki, buna səbəb “Azərsığorta”nın bir müddət bundan əvvəl zərər çəkən müştərisi barədə MBNP-na yalnış məlumat verməsi olub.
Xatırladaq ki, bir müddət əvvəl FED.az Masallı rayonunda yanğın nəticəsində evi zərər görmüş şəxs barədə məlumat vermişdi.
Belə ki, 2017-ci il 02.12 tarixində Fəttahlı Ladən Ağa qızına məxsus Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evdə yanğın baş verib. Nəticədə evə 18 min manat dəyərində zərər dəyib.
Qanuna görə, bölgələrdə icbari sığorta haqqı 30 manat olduğundan Fəttahlı Ladən Ağa qızına ödəniləcək maksimum məbləğ 15 min manat olub. Lakin qaydalar çərçivəsində ödənişin 250 manatı azadolma məbləği olaraq çıxılmalı və evin sahibinə dəymiş zərərə görə, şirkət 14 min 750 manat sığorta ödənişi etməli idi. Lakin hadisədən uzun müddət keçməsinə baxmayaraq Azərsığorta şirkəti evin sahibinə nəinki ödəniş etməyib, hətta bu barədə Palataya yalnış məlumatlar verib.
Hüquqşünas İlkin İbrahimovun sözlərinə görə, Azərsığorta müştərisinə ödəməli olduğu pulun hər gün gecikməsinə görə, əlavə olaraq hər gün üçün 0,11% ödəniş etməlidir.
“İnzibati xətalar məcəlləsində 469-cu maddə var. Orda qeyd olunur ki, müştəriyə və ya hər hansı vəzifəli şəxsə sığorta şirkəti tərəfindən yalnış məlumat və ya yalnış imtina verilərsə şirkət barəsində yuxarı orqan yəni Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati akt tərtib edir. Yəni inzibati akt o deməkdir ki, palata sığorta şirkətinə qarşı hər hansı sankiya tətbiq etməlidir. Misal olaraq hər geçikdirilən gün üçün 0,11% dəbbə pulu verilməlidir. O dəbbə pulu da sığorta şirkətinin ödəməli olduğu vəsaitin üstünə əlavə edilib zərər çəkənə ödənməlidir. İki ildir Azərsığorta vətəndaşın sığorta ödənişini vermir”-deyə İlkin İbrahimov bildirib.