Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarov özünə yeni şirkət təsis edib.
Qaynarinfo-nun məlumatına görə, Xanlarov Nazim Cəbrayıl oğlunun qanuni təmsilçisi olduğu “AZERIFY” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, akademik Şamil Əzizbəyov, ev 95, mənzil 27 ünvanı göstərilib.
Apardığımız araşdırmaya əsasən, bir neçə ay əvvəl yaradılan “AZERİFY” MMC Qarabağda dağıdılan tarixi abidələrin bərpası və yenidənqurma işləri ilə məşğul olacaq.
Cəbrayıl Xanlarovun oğlunun və onun yaxınlarının adına Azərbaycanda və xaricdə əmlakı milyonlarla manatla dəyərləndirilən 5-dən artıq şirkət mövcuddur.
Nazim Xanlarov həm də Bakıda ayrı-ayrı ünvanlarda qeydiyyata alınmış “ATL SERVICE” MMC-nin qanuni təmsilçisidir.
“ATL SERVICE” MMC fövqəladə nallar nazirinin birinci müavini Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin rəhbəri olduğu “ATL GROUP” şirkətinə daxildir.
Cəbrayıl Xanlarov övladları
Nazim Xanlarovun məmur atası Cəbrayıl Xanlarov isə “POLİ-TRANS” MMC-nin qanuni təmsilçisidir. Azərbaycan qanunvericiliyi məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Nədənsə bu, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov üçün keçərli omayıb.