Yanacaq doldurma məntəqələrində müştəriləri aldatmaq ənənə şəklini alıb."LUKOİL" şirkətindən yanacaq dolduran maşının sürücüsü redaksiyamıza müraciət edərək şikayətini bildirib. Belə ki, Hacıqabul rayonu Qarasu ərazisində yerləşən YDM-ə dizel yanacağı üçün yaxınlaşan vətəndaş yanacaq çəninin tam doldurulmasını xahiş edib. Operator yanacağı doldurduqda məlum olub ki, 78.39 litr dizel yanacağı istifadə olunub. Vətəndaş iradını bildirərək, ona məxsus avtomobilin yanacaq çəninin tutumunun cəmi 75 litr olduğunu və bundan əlavə çəndə təxminən 10 litr yanacağın da olduğunu bildirib.
Belə halda sual ortaya çıxır: - TUTUMU 75 litr OLAN və İÇİNDƏ DƏ TƏXMİNƏN 10 litr YANACAQ OLAN BİR ÇƏNƏ
78.39 litr YANACAQ NECƏ YERLƏŞİR?
Bu suala YDM-dəki rəhbər işçilər cavab tapa bilməyiblər.
Ümidvarıq ki, "LUKOİL" şirkətinin rəhbər işçiləri bu işə bir aydınlıq gətirəcəklər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Atia.az