Azərbaycanda fəaliyyət göstərən LukOil Yanacaq Doldirma Məntəqələrində sürücüləri aldadırlar.
RePost.Az xəbər verir ki, LukOil YDM-lərdə hər 10 litr yanacağa görə müştəridən ən azı 0,5 litr yanacaq kəsilir. Əməkdaşımız bunun Bakınov qəsəbəsindəki LukOil-a məxsus YDM-də şəxsən şahidi olub. Belə ki, əməkdaşımız hər biri 31,5 litr tutumu olan iki çən dizel yanacağı alıb. Çənlərdəki yanacağın ümumi həcmi 63 litr olmalı halda tam dolmasa da, iki çənə 66,66 litr yanacaq vurulub. Əməkdaşımız bunun səbəbini soruşduqda YDM operatoru yanacağın köpüklü olması ilə izah edib. Guya təzyiqlə vurularkən köpük əmələ gəldiyindən yanacağın miqdarı sayğacda artıq görünür. Nəticədə isə müştərilər aldadılır.
LukOil-in Bakı ofisindən hadisənin araşdırılması üçün yerində monitorinq aparılması təklif edilib. Öncə ərazi üzrə menecer yanacağın daşınması ilə bağlı təhlükəsizlik qaydalarını izah edib. Bildirib ki, əslində təlimata uyğun olaraq yanacağın plastik və şüşə qablara vurulması qadağandır. Amma operatorları humanistlik edərək bizi geri qaytarmayıblar. Və həmin operator da təlimatı pozduğuna görə cəzalandırılacaq. Hətta arada operatoru təlimatı pozmağa bizim vadar etdiyimizi, ona “şirinlik” verdiyimizi idda etdi. Guya bununla bağlı əllərində görüntü də varmış. Amma biz həmin görüntünü tələb etdikdə iddiasından vaz keçdi.
Nəyə görə, yanacağın plastik qaba vurulması qadağandır?
Bu məntiqlə avtomobillərin də çəninə yanacaq vurmaq olmaz, çünki onların çəni də plastikdir.
Menecerin bu suala yetərli cavabı olmadığından BMT-nin nəqliyyat eksperti Azər Allahverənova müaricət eməli olduq. Məlum oldu ki, əslində o təlimat iri tutumlu qablarda yanacağın uzaq məsafəyə daşınmasını ehtiva edir. Çünki plastik qab yanacağın tərkibindən deformasiyaya uğraya və nəticədə avtomobilin içərisinə dolan qazdan bədbəxt hadisə baş verə bilər. Onun, yolda qalan maşına yanacaq doldurma məntəqəsinə çatmağa bəs edəcək qədər bir-iki lirt yanacaq verilməsinə məntiqlə heç bir aidiyyatı olmamalıdır. Bundan başqa məhz yanacaq daşınması üçün nəzrədə tutulan plastik qablar var və bu barədə onun üzərində də qeyd edilir. Elə qablara yanacaq vurulmamsına heç bir əsas göstərilə bilməz.
Ekspert hesab edir ki, şəffaf qablarda benizinin tərkibi və həcmi aydın göründüyündən YDM-lər həmin maddədən yararlanaraq plastik qaba yanacaq vurmaqdan imtina edirlər.
YDM-lərdə sürücülər necə aldadılır?
Variant 1: Avtostop Tv-nin yazdığına görə, YDM-də benzin doldurma aparatına yaxınlaşdıqda sizdən öncə vurulmuş yanacağın məbləği aparatın ekranında gözə çarpırsa diqqətinizi artırın. Mümkündür ki, “işçi” sizin (maşını çox irəlidə saxladığınıza görə, mobil telefonunuzla məşğul olduğunuza görə, və ya salondakı yaxınınızla söhbətləşdiyinizə görə…) ekrana nəzər salmadığınızı görüb 20 litrlik benzin sifarişinizi guya yerinə yetirirmiş kimi davranaraq oradakı məbləği – 5 və ya 10 … rəqəmini sıfırlamır, elə onun üzərinə uyğun həcmi əlavə etməklə yalançı “20 litr”lik “əməliyyatını” tamamlayır. Nəticədə siz istədiyiniz həcmdən az miqdarda yanacaq alıb oradan ayrılacaqsınız. Əlbəttə, “işçi”lər bunu etmək üçün benzin vuran “tapança”nı ya normal şəkildə yerinə qoymurlar, ya da xüsusi proqram təminatıyla istəklərini həyata keçirirlər.
Variant 2: Qatlanmış şlanq üsulu. Bəli, bu variantından da istifadə edirlər. Qatlanmış şlanqlarda 1-2 litrə qədər benzin qala bilər. Və çənə tökülməyə macal tapmayan bu həcmdəki yanacaq operatorun səyi ilə az sonra geriyə qaytarılır. Beləliklə istədiyiniz 20 manatlıq benzin aparatın ekranında da uyğun həcmdə göstərilsə də avtomobilinizə nisbətən az benzin töküləcək. Ona görə də YDM-də şlanqların qatlaq, burulmuş halda olub-olmamasına diqqət yetirin.
Yeri gəlmişkən bununla bağlı İstehlakçıların Hüqularlını Müdafiə Komitəsinin sədri Eyyub Hüseynovun da dəfələrlə açılqamaları olub. LukOlil isə bu iddiaları yaxın buraxmadı. Onların dediklərinə görə, şlanqın boğazında “klapan” var və o yanacağın çənə qayıtmsına mane olur.
Variant 3: Belə əyri işləri xüsusi proqram təminatı ilə də həyata keçirə bilənlər vardır. Onlar həmin proqram vasitəsi ilə benzindoldurma avadanlığına müdaxilə edir, qeyri-qanuni qazanca sahib olurlar.
LukOil-in Bakı ofisi isə idda edir ki, onların YDM-lərində bunu həyata keçirmək qeyri-mümkündür. Çünki onlarda qəfil yoxlamalar olduğundan buna kimsə cəsarət edə bilməz. Guya gecənin birində ya Moskvadan, ya da Türkiyədəki regional idarədən helikopterlə nümayəndələr gəlib qəfil yoxlamalar aparır. Ona görə də bizim, LukOil YDM-lərində hər 10 litrə 0,5 litr yanacağın tutulması iddiası onların təəccübünə səbəb olub.
Sensasion nəticə, hər litrə 100 qram
“Kalonka”nın “Mernik” – yəni ikinci dərəcəli nümunəvi ölçü cihazıə ilə yoxlanılmasından sonra onların təəccübünün əsl səbəbi bizə də bəlli oldu. Demə “tapança” əslində hər 10 litrə 0,5 deyil, 1 litrə yaxın yanacaq saxlamalı imiş. Çox maraqlıdır ki, kalonkadan “Mernik”ə vurulan yanacağın həcmində cəmi 20-22 qram fərq yarandı. Bu da Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara görə normal hesab olunur.Əslində isə Nazirlər Kabinetinin qəbul etdiyi normativdə 25-50 qaram fərq dedikdə, bu az və ya çox da ola bilər. Amma “mernik” vasitəsi ilə bizim təqdim etdiyimiz 31,5 litlik qaba tökülən hər üç onluqda yanacağın miqdarı 20-22 qaram əskik oldu. Nədənsə heç artıq göstərmədi. Bizim bir neçə gün öncə aldlığımız yanacağın həcminə uyğun gəlməsi üçün “silindr” adlanan 1 litlik ölçü cihazı ilə çənə yanacağın vurulmnası qərara alındı. Əsl həngamədə bu zaman üzə çıxdı. Klоnkada 1 litr yanacağın buraxıldığlı görünsə də, silindirdəki yanacağın həcmi 900 qaramdan da az oldu. Buradan da belə qənatə gəlmək olar ki, “Mernikə” müdaxilə olunub. Bunu keçmiş Standartlaşma və Patent üzrə Dövlət Komitəsinin əməkdşı da istisna etmədi. Onun sözlərinə görə, yoxlamalar zamanı belə hallara dəfələrlə rast gəlinib. “Mernik” qanunla ildə bir dəfə yoxlamadan keçir və şəhadətnamə verilir. Amma dəfələrlə olub ki, yoxlamadan sonra “Mernik”ə müdaxilərlər edilir. Ona görə də yaxşı olar ki, YDM-i yoxlamaq istəyən hər bir istehlakçı özü ilə şəhadətnaməsi olan nümunəvi ölçü qabı aparsın.
Normativlərə uyğun hər YDM-də 900 litr “oğurluq” – normadan kənar 4,5 ton
Nəzərə alsaq ki, LukOil-in hər YDM-ində bir gündə 45 ton yanacaq satılır, (bu, ərazi üzrə menecerin məlumatıdır-red) deməli hər gün normativlərə uyğun olaraq müştərilərdəndən hər YDM-də bir gündə 900 litrə yaxın yanacaq “oğurlanır”.
Normativlərdən kənar “oğuralanan” yanacağn həcmi isə gündə 4.5 tondur. Normativlər çərçivəsindəki “oğurluğu” da bunun üstünə əlavə etsək, gündə 5.5 tona yaxın istehlakçılardan yanacaq “oğurlandığı” məlum olur.