Axtarış...

Qızınmasaq da istisinə... TÜSTÜSÜ GÖZ ÇIXARIR... - BU NƏDİ BELƏ?!

Qızınmasaq da istisinə... TÜSTÜSÜ GÖZ ÇIXARIR... - BU NƏDİ BELƏ?!

"Ortalıq 20 günə istilik xətti olan binaların qızdırılmasına başlanacaq. Artıq çoxmənzilli binaların giriş
qapısına mənzillərin qızdırılmasına cavabdeh qurumun xəbərdarlıq elanları asılıb. Çoxu, bu elanlara
fikir vermir, sadəcə 15 noyabrdan istilik veriləcəyi ilə bağlı xəbərdarlıq edilməsini güman edirlər.
Amma..." Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir:
"“Azəristiliktəchizat” bildirir ki, Nazirlər Kabinetinin 05.09.2023-cü il tarixli 303 saylı qərarı ilə istilik
qiymətləri mənzilin ÜMUMİ SAHƏSİNƏ əsasən hesablanacaq. Xidmət qurumu bununla bağlı
sakinlərdən müqavilə bağlamağa şərait yaradılmasını xahiş edir. Maraqlıdır, bəs indiyədək istilik
xidməti müqaviləsiz xidmət göstərirdi? Daha maraqlısı odur ki, istilik qiymətlərini , digər kommunal
və s. xidmətlərdə olduğu kimi Tarif Şurası müəyyən edir, NK-nın istilik qiymətini qaldırıb-endirmək
səlahiyyəti yoxdur. Görünür, ya NK çaşıb istehlakçı hüquqlarını pozub, indiyədək yaşayış sahəsinə
görə ödənilən qiymətin ümumi sahəyə görə ödənilməsini qərara alıb. Ümumi sahə isə yaşayış
sahəsindən, ən azı, 1,5-3 dəfə çoxdur. Belə çıxır, hökumət-NK istilik qiymətlərini gizlincə, “incə
ustalıqla” 1,5-3 dəfə artırıb? Bəs Tarif Şurası, bəs istehlakçıların hüquqlarının müdafiəsi necə olsun?
Şuranın da, istehlakçı hüquqların müdafiəsinin də başında İqtisadiyyat Nazirliyi dayanır. Yenə də
istehlakçı hüquqlarını Tarif Şurasının qiymət artımından aşağıda tutacaq?
NK-nın 05.09.2023-cü il tarixli, 303 saylı qərarında istilik sayğaclarının binanın girişində quraşdırılan
mənzillərin ümumi sahələrinə əsasən Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə hesablanmalı olması
vurğulanıb. Tarif Şurasının istilik qiymətləri haqqında qərarında isə yaşayış sahəsinin kvadrat metrinə
görə 0,15 manat haqq nəzərdə tutulub.
İndi söz Tarif Şurasındadır, ya qərarını dəyişib qiyməti qaldırmalıdır , ya da NK-nın “çaşqınlığını”
düzəltməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
istehlakçı hüquqlarını qorumaq görəvini yerinə yetirəcəkmi, axırı ? Görək, hökumət əhalini
düşünəcək, yoxsa məmurların cibini?"
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz