Aprelin 15-dən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıda və regionlarda istilik təchizatı dayandırılıb.
Respublikanın bəzi dağlıq və dağətəyi rayonlarda isə istilik təchizatı mayın 1-nə qədər davam edəcək.
Qeyd edək ki, Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.