MilliTV.az
Paytaxtın yeni binalarında istilik sistemi olsa da, köhnə tikilən binalar haqda bunu demək çətindir. Adətən hər il noyabrın 15-i Bakıda istilik mövsümünün başlanğıc günü kimi qəbul edilir.
Paytaxtda hələ də illərdir istilik üzünə həsrət qalmış yaşayış binaları var. O binaların sakinləri hər il payız gələndə yaşadıqları mənzillərə istiliyin veriləcəyini xəyal edə-edə qışı yaza dəyişirlər.
Əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, mərkəzi istilik sistemi olan binaların qazanxanalarının əksəriyyəti istismar müddəti başa çatıb.
“Sovetlər dövründə paytaxtdakı demək olar ki, bütün mənzillər mərkəzi istilik sistemlərinə təmin olunurdu və ümumi qazanxanalar mövcud idi.
Bugün paytaxtın bir çox ərazilərində həmin köhnə çoxmənzilli yaşayış binaları mərkəzi istilik sisteminin xətti ilə evlərini isidə bilir. Lakin bu bütün binaları əhatə etmir. Çünki həmin qazanxanaların əksəriyyəti demək olarki öz istismar müddətini başa vurub.
Digər bir problem isə istilik verilən binalardakı mənzil sahiblərinin əksəriyyəti həmin ümumi isitmə atapleniya xətlərini kəsərək mənzillərindən ləğv etməsidir.''
Ekspert açıqlamasında bildirdi ki, paytaxtdakı yenitikili çoxmənzilli binaların sayı demək olar ki köhnə tikili binaları üstələyib. Burada bir məqam da var. Köhnə binaların istilik sistemlərinə çəkilən xərclər dövlət dəstəyi ilə həll olunur amma yeni tikili binalarda isə bu tam fərqlidir.
“Təsəvvür edin mənzil sakini evinə kombi sistemi çəkdirir,qaz və supulunu adi vətəndaş qiymətinə ödəyir amma binada ümumi qazanxana istilik sistemi qurulan zaman isə onlara verilən qaz və suyun qiyməti kommersiya kimi nəzərdə tutularaqiki qatına hesablanır.
Nəticə etibarı ilə həmin istixanadan çıxan isti su yenə həmin sakinlərə verilir. Aylıq xərc daha böyük olduğundan əksər tikinti şirkətləri həmin qazanxanaları tikməkdə maraqlı olmurlar. Çünki xərc yüksək olduqca sakinlərin aylıq kommunal ödənişləridə məcburən yüksək olur.”
Müasir dövrümüzdə əksər insanlar qızdırıcı kimi kombi sisteminə üstünlük verirlər. Təəssüflər olsun ki, digər istilik vasitələrindən daha az təhlükəsiz hesab olunan kombilər ekoloji baxımdan heç də təhlükəsiz sayılmır.
“Mərkəzi istilik sistemlərinin olmaması səbəbindən hər bir sakin öz evini isitmək və isti su ilə təmin etmək üçün kombi və qaz ilə işləyən istilik cihazlarından istifadə edir. Hər bir çoxmənzilli yeni tikili binada bəzən yüzlərlə mənzillər olur. Hər bir mənzil eyni anda kombi sistemi işə salındıqda isə ekologiyaya dəyən zərəri təsəvvür belə etmək çətindir. Eyvanlara qoyulan kombi aparatlarının borularından çıxan zəhərli qazlar hava yolu ilə digər qonşunun pəncərəsindən rahat bir şəkildə onun evinə dola bilir. Bu emal olunmuş zəhərli qazların nə qədər təhlükəli olmalı isə tam şəffaflıgı ilə hər kəsə aydındır.”
Dəm qazının insan orqanizmasına təsiri məlumdur. Çox təəsüflər olsun ki bu barədə hələdə heç bir ciddi addımlar atılmır.
Bəs xarici ölkələrdə çoxmənzilli binalarda isitmə sistemi necə tənzimlənir?
“Əksər xarici ölkələrin mənzilləri isitmək üçün təcrübəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə çoxmənzilli binalara qaz xəttləri verilmir. Binalar 24 saat isti və soyuq su ilə təmin olunur və soba kimi isə elektrik cihazları ilə işlədilir.’’
Çıxış yolu nədir?
“Çıxış yolları müxtəlif olsada görünən odur ki binaların istixanalarına verilən qaz və suyun qiyməti kommersiya qiymətləri ilə iki qat qiymətə yox, elə adi vətəndaşlara satılan qiymətə verilərsə tikinti şirkətləri də həmin istixanaları qurmaqda maraqlı olarlar’’
Hətta dövlət qurumları bu məsələyə maraqlı olsa çoxmənzilli yaşayış binalarının tikintisinə icazə verildiyi zaman mərkəzi istiliyin qurulmasının məcbur olmasınıda qeyd edə bilərlər.’