Axtarış...

“Paşa- K” firmasının apteklərində qiymətlər baha, keyfiyyət isə... - İLGİNC İDDİALAR...



Şirkətin adı bəlkə hörmətli şeyximizin soyadından götürülüb…?
Biz bir media olaraq özəl biznesin, sahibkarlığın nəinki əleyhinə deyilik, əksinə bu sahənin inkişafının tərəfindəyik.
Çünki özəl biznes dövlətin çiynindəki yükü azaldır, yeni iş yerləri yaradır, rəqabət mühitinin nəticəsi olaraq qiymətlərin azalmasına təsir edir və s.
Amma təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən özəl biznes sahəsində xeyli problemlər yaranıb.
Qiymətlər nəinki ucuzlaşmır, əksinə günbəgün artır.
Digər tərəfdən məşğulluq problemi də, yəni insanların iş yeri ilə təmin olunmasında da ciddi problemlər var.
Belə ki, özəl sektorda vətəndaşlar qanuni yolla, yəni rəsmi müqavilə əsasında deyil, sadəcə, müqaviləsiz işə qəbul edilirlər, onların əmək haqqları qanuni yolla deyil, nəğd yolla ödənilir, bu isə ciddi vergidən yayınma deməkdir. Bu özəl sektorda neçə illərdir ki, qara mühasibatlıq hökm sürür və daha nələr...
Bu qanunsuz əməllər səhiyyə sahəsində, özəl apteklərin fəaliyyətində özünü daha çox göstərir.
Belə qanunsuz əməllər törədən şirkətlərdən biri də “Paşa-K” firmasıdır.
Məlumat üçün qeyd edək ki, hüquqi şəxs kimi 08 fevral 1996-cı il tarixində təsis edilərək, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bu şirkət əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur.
Təkcə topdan satışı ilə deyil, həm də bu şirkətin xeyli sayda özəl aptekləri fəaliyyət göstərir.
Firma dərman preparatlarının və digər tibbi məhsulların topdan satışını həyata keçirmək məqsədi ilə Səhiyyə Nazirliyindən 20.10.2015-ci il tarixdə 086503 saylı lisenziya almışdır. Firma həmin lisenziyalar əsasında Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Qəbələ və Astara şəhərlərində dərman preparatlarının pərakəndə satışını həyata keçirir.
Firmanın dərman, qida əlavələri, tibbi ləvazımatları, zərdab və vaksinlərin saxlanılması üçün xeyli sayda anbarı var.
Şirkətin dərman vasitələrini satış obyektlərinə çatdırılması üçün 40-dan artıq nəqliyyat vasitəsi var.
“Paşa-K” firması eyni zamanda “VEFA İLAC Pharmaceuticals”, “Sebapharma GmbH”, “İLKO İLAC”, “DEVA”, “Berlin Chemie”, “Pharma Zentrale”, "Medial D&P" LTD ilə əməkdaşlıq edir. “Sandoz D.D.”, “EGİS Pharmaceuticals”, “Farmsintez”, “Mosximpreparat im.Semaşko”, “Bukayev RU”, “Europharma”, “Lekxim”, “Omnifarma”, “Medibase SRL, “Biofarma S.A.”, “Grupo Reig Jofre”, “J.Uriach Company”, “İBSS Biomed S.A.”, “Sumerian Trade”, “Bilim İlac”, “Mersin İlac”, “Şahin Tibbi İlac”, “Borisovski zavod”, “Mega” və digər tanınmış əczaçılıq şirkətlərinin dərmanlarını alaraq ölkəyə gətirir.
“Paşa-K” firması öz reklamında qeyd edir ki, məqsədimiz vətəndaşların qayğısına qalmaq, onları keyfiyyətli dərmanla təmin etməkdən ibarətdir.
Amma alıcıların şikayətlərindən bəlli olur ki, “Paşa-K”nın apteklərində qiymətlər çox baha, keyfiyyət isə çox aşağıdır.
Bunlar hələ harasıdır..?
“Paşa-K” firması dəfələrlə gömrük -keçid qaydalarını pozduğu üçün cəzalandırılıb.
Belə ki, “Paşa-K” firmasına gömrük qaydaları əleyhinə olan ( Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) fəaliyyətinə görə, şirkətə qarşı inzibati tədbirlər görülüb.
Görəsən, özünə PAŞA adını götürən və bu ada layiq olmayan fəaliyyətlə məşğul olan firmanın bu adın çətiri altında gizlənməsininn səbəbi nədir..?
Bizdə olan məlumata görə, əslən Cənub bölgəsindən, daha doğrusu, Lənkərandan olan... Şirinov soyadlı şəxs bu firmaya rəhbərlik edir.
Əcəba, olmaya şirkətin adı hörmətli Şeyximizin soyadı PAŞA-zadə ilə bağlıdır..?
Sözün qısası, firmanın rəhbərliyinin nəzərinə çatdırırq ki, PAŞA-lıq təkcə sözdə olmur, əməldə olur. Çalışın hansısa ad altında gizlənməyin, vətəndaşlara düzgün xidmət edin və dövlətin vergisini vaxtında ödəyin.
Əks təqdirdə firmanızın adı köməyinizə çatmayacaq.
P.S. Nə üçün "Paşa-K" firmasının dərmanlarının qutuları dəyişir? //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz