"Dövlət Gömük Komitəsində sahibkarlarla videokonfrans keçirilib və sonda broker şirkətlərinə tövsiyyə olunub ki xərcləri aşağı salsınlar. Biz isə Komitənin rəhbərliyinə üzümüzü tutub deyirik ki, xərcləri aşağı salmaq üçün ən birinci addımı elə siz atmalısınız. Necə? Bunu anladacğıq..." Bu sözlər DİA.AZ-a üvnanlanan bir sahibkar müraciətindəndir.
Daha sonra Dövlət Gömrük Komitəsinin rəhbərliyinə xitab edilən materialda deyilir: "1...Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilən bütün yüklər üçün (hansı ki ölkə üzrə 70-80 faiz rəsmiləşdirilmə bu idarədə olur) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği 2 qat artırılmasın. Belə ki bu idarədə iş yerindən və iş vaxtından asılı olmayaraq bu yığım bir qayda olaraq 2 qat alınır. Halbuki bunun Hava Nəqliyyatında Baş Gömrük İdarəsi təcrübəsi var və hətta səhvən 2 qat vurulan işi qaytarıb tək qat ödəniş alırlar. (26 aprel 2016-cı il 168 nömrəli qərar)
2...Minimal qiymətlər adı ilə qiymətlər necə gəldi qaldırılmasın.Ondansa ictimaiyyətə açıq olsun bu minimal qiymətlər. Və hamı da bilsin ki hansı malın minimum gömrük dəyəri hansı məbləğdə qəbul ediləcək. Əvvəlcədən işini bilsin. Gəlib günlərlə vaxt itirməsin.
3... Mallara gömrük nəzarəti zonaları artırılmalıdır. Yoxsa ki, əksər mallar "İpək yolu" və "Meyvəli" terminallarına yönəldilir və onlar da isdədikləri qiyməti bir tərəfli qaydada "oxuyurlar". Bu da olsa dərd yarı üstəlik də əksər halda qeyri-rəsmi qaydada ödənişlər tələb edilir. Gömrük isə deyir ora özəl qurumdur özümüz razılaşın. "İpək yolu" terminalı "Ramal-Trans" MMM-ə məxsusdur. Adamlarla xidmət müqaviləsi bağlamaq üçün aylarla qapılarında yatmaq lazımdır. Allahın bir POSterminalı da yoxdur ki kartla ödəniş edəsən. Ancaq nağd ödəniş etməlisən. İndi özünüz təsəvvür edin. Bir tam maşın anbarda boşaldıqda təxminən 700 manata qədər xərc yaranır. Nə hikmətdirsə Vergilər Nazirliyi də indiyə qədər buraya "girməyib".
4..Ən əsas məsələlərdən biri. Nə hikmətdirsə elə bəyannaməçi şirkətlərin ən böyüyü elə DGK-nin tabeliyindəki "Azterminalkompleks" Birliyidir. Bu şirkət də bizim kimi özəl fəaliyyətlə məşğul olur. İllərdir ki bu şirkət bəyanetmə sahəsində monopolyanı əlində tutmuşdu və bazarı istədiyi kimi diqtə edirdi. (bir iki yan firmalar istisna). Lisenziyalar ləğv edildikdən və yeni özəl broker şirkətləri yarandıqdan sonra bu şirkətin mövcudluğu hələ də başa düşülən deyil. Görünən odur ki, illərin "dadı" damaqlarından çəkilməyib. Təsəvvür edirsiniz DGK mal bəyan edir, biz də indi gəl burda rəqabət apar da. Üstəlik yuxarıda adı çəkilən qərarı da alət edərək (tam qanunsuz) istisnasız bütün yazılmış bəyannamələrdən bu şirkət üçün DGK yığım alır. Təsəvvür edirsiniz Nazirlər kabinetinin qərarına əsasən hansısa özləri üçün yaratdıqları təsərrüfathesablı müəssisəyə haqq toplayırlar. Üstəlik mühasib olanlar da bilir ki bu yığımların ƏDV-ni heç kim əvəzləşdirə bilmir. İşi görən biz, xidməti göstərən biz, haqqı alan "Azterminalkompleks".Əgər xərci azaltmaq istəyirzinizsə bu işi buraxın sərbəst brokerlərə. Bazar özü hər şeyi tənzimləyəcək.
Sonda əgər sahibkarlara kömək etmək onların xərclərini azaltmaq istəyirsinizsə sadalananları və daha da artıq işləri görmək lazımdır. Daha özəl brokerin 20-30 manatına göz dikmək yox. Onsuzda vəziyyətləri ürəkaçan deyil.
Qeyd. DGK nəzdində yaradılan təsərrüfat hesablı Azterminalkompleks birliyi bir “qara yaradı” keçib iş adamlarının boğazına. Mən evimdən elektron hökümət portalından asan imzaynan idxal etdiyim yükü DGK-nə bəyan edirəm. Mənim işimə, idxal etdiyim yükə hec bir aidiyyatı olmayan Azterminalkompleks Birliyinə mütləq pul “ödəməliyəm” Özüdə iki dəfə:
1. qısa idxalda
2. sərbəst dövriyyə buraxılanda.
Xidmət haqqı DGK-ya ödənilir. Azterminalkompleks Birliyinə ödənən “haqq” nə haqqıdır bilmirik...
Bir vaxtlar adi vərəqləri 190-210 manata satan, 2016-cı ilin may ayından hec bir xidmət göstərmədən iş adamlarından pul yığan bu təsərrüfat hesablı Azterminalkompleks birliyi doğrudan da bir “qara yaradı” keçib iş adamlarının boğazına. Görəsən bunun sonu olacaqmı və həmin pullar hara xərclənir?"
Dia.az