.
Millitv.az xəbər verir ki, Azərbaycanda ən problemli sahələrdən biri səhiyyədir desək, yanılmarıq. Adı pulsuz olan tibbi xidmətlər üçün vətəndaşlardan pul alınması, qeyri-dəqiq diaqnozlar, tibb personalının xəstələrdən ödəniş tələbi, xidmətin keyfiyyətsizliyi haqda dəfələrlə yazılsa da, vəziyyət düzəlmir ki, düzəlmir. Hələ par-par yanan yüz milyonlarla dövlət vəsaiti hesabına tikilib istifadəyə verilən tibb mərkəzlərində ağır xəstəliklərin müalicəsinin, ağır cərrahi əməliyyatların mümkünsüzlüyü bir ayrı dərddir. Təsadüfi deyil ki, səhhətində nəinki ağır, hətta orta ağır problem yaranan xəstələr əlacı xarici ölkələrdə axtarırlar. Vəziyyət o həddə çatıb ki, bu ölkədə mənsəb sahibi olan şəxslər ölkə səhiyyəsinə qətiyyən etibar etmirlər.
Azerinfo.tv bildirir ki, özəl klinikalarda da vəziyyət ürəkaçan deyil.
Son illərdə isə bu klinikalarda səhlənkarlıq, ölüm faktları ilə yanaşı qiymətlər də əl yandırır. Azərbaycanda fəaliyyət göstərən özəl tibbi klinikalarda əhaliyə göstərilən tibbi xidmətin qiymət tariflərinin çox yüksək olması barədə mövzuya mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur.
Amma təəssüflə qeyd edirik ki, özəl klinikalarda olan sözügedən problemlər hələ də istənilən səviyyədə həllini tapmayıb, əksinə, vətəndaşlardan bu sahədən gələn şikayətlər artmaqda davam edir. Təbii ki, bu problemlərdən söz açılanda ilk olaraq gündəmə olaylara təsir edəcək və nəzarət etməli olan səlahiyyətli hökumət strukturları gəlir. Təbii ki, özəl klinikalardakı nöqsanlardan söhbət gedirsə, Səhiyyə Nazirliyinin bu məsələlər müdaxiləsi qaçılmazdır.
Ölkədə əhalinin ən sıx məskunlaşdığı paytaxt Bakıda, demək olar ki, hər il bir neçə özəl klinika fəaliyyətə başlayır. Türkiyə kimi böyük dövlətdə özəl xəstəxanaların sayı 400-dən çox olduğu halda, Azərbaycanda bu rəqəm 500-ü keçib.
Gəlirli sahə olduğu üçün “yağışdan sonra çıxan göbələklər”də qiymətlər od tutub yanır. Burada məqsəd keyfiyyətli tibbi xidmət göstərmək olsa da əsas hədəf daha çox gəlir əldə etməkdir. Ölkədə tibbi fəaliyyətə başlamaq üçün lisenziyanın qiyməti 5500 manatdır.
Hər halda, milyonlar qazanmaq üçün bu məbləği ödəmək imkanlı şəxslər üçün elə də böyük pul deyil. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də özəl klinikalarda buna əhəmiyyət verilmir.
İş prinsipi belə qurulub: əvvəl pul, sonra tibbi yardım. Keyfiyyətli xidmətə və xəstənin sağalmasına isə heç kim zəmanət vermir. Bu vəziyyətə nəzarət isə dövlətin üzərinə düşür.
Məsələn, “əhalinin sıx məskunlaşdığı ərazidə -Bakı, 8-ci km. qəsəbəsi, Bəhruz Nuriyev 55 ünvanda yerləşən “Real” Tibb Mərkəzindən də şikayətlər var. Əslində bu adda klinika Sumqayıtda da var idi. Daha tanınmış bir klinika idi. Orda baş verən uşaq ölümü və qalmaqaldan sonra bağlandı.
İnternetdə məlumat almaq istəsəniz yalnız bağlanmış “Real” Tibb Mərkəzinin həkimləri haqda məlumat ala bilərsiniz. Baş həkimi Həsənbala Babaxanov olan “Real” Tibb Mərkəzi və həkimləri haqda heç bir məlumat yoxdur. Yalnız xidmətlər qısa məlumat var.
— Laboratoriya testləri
— ABŞ
— ENT həkim
— Cardiology
— Dermatologiya ofis
— Fizioterapiya və masaj
— Hydrotherapy
— Ginekologiya və s
Yaqin hansı səbəbdənsə özlərini çox reklam etmirlər. Ancaq baş həkim Babaxanovun “Azərbaycan səhiyyəsinin uğurları” mövzusunda, tərif dolu bir-iki məqalə tapa bildik ki, onların hansı məqsədlə yazıldığı aydındır.
Burada işləyən həkiçlərin peşəkarlığı ,harada əvvəl işləmələri ilə bağlı məlumat tapmaq mümkünsüzdür. Bununla da pasientlər özlərinin sağlamlıqlarını risqə atırlar.
Məhz belə klinikalarda daha çox problem olur.
Azad İstehlakşılar Birliyinin sədri E.Hüseynovun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanda özəl klinikalarla bağlı böyük problemlər yaşanır:
“Azərbaycan həkimi qəbul etdiyi xəstəyə yazdığı reseptin altına imza çəkmir, gördüyü iş barədə izahat yazmır. Yalnız pulunu alır və qəbz verir. Çox hallarda bu qəbzlər də saxta olur. Özəl klinikalarda proses bu şəkildə gedir və problemə səbəb də budur. İndi hər kəs əzraildən deyil, Azərbaycan həkimindən qorxur”.
İB sədri deyir ki, Səhiyyə Nazirliyinin özəl klinikalara nəzarət edən şöbəsi var. Ancaq bu klinikalarda baş verən proseslərə görə heç kəs məsuliyyəti üzərinə götürmür və ona görə də vətəndaşlar pis vəziyyətdə qalır:
“Həkim pasienti qəbul edəndə, xəstə klinikadan çıxanda bir kağız almalıdır ki, klinikada ona hansı xidmətlər göstərildi, hansı müalicə və əməliyyatlar yazıldı, hansı dərmanlar məsləhət görüldü və sair. Bunu ona görə etmirlər ki, hər hansısa problem yarandığı zaman bir iz qalmasın”.
Məhz bu səbəbdən “Real Tibb” Mərkəzi ilə bağlı araşdırmalarımızı davam edəcəyik.