"AZAL-ın fəaliyyətində illərdir olan narazılıqlar nəzərə alınaraq yeni bir məhrələnin, idarəetmə formasının yaranması mümkündür”.
Millitv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Hesablama Palatasının "Azərbaycan Hava Yolları” üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, bu, yoxlamada qiymətlərin formalaşmasında ciddi rol oynayacaq:
"Yerüstü xidmətlərin AZAL-ın əlindən alınıb özəl sektora verilməsi ilə bağlı qərarlar ola bilər. Bu da həm keyfiyyəti yüksəldə, həm də qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Xidmət aviaşirkətin özünə aid olanda bu, daim yerüstü xidmətlərin daha baha olmasına çalışaraq başqa şirkətlərin ölkə bazarında fəaliyyətinə müəyyən məhdudiyyətlər yaradır. AZAL bundan istifadə edir. Dəfələrlə bununla bağlı şirkətlərin şikayəti olub, bildiriblər ki, Azərbaycanda yerüstü xidmətlərin dəyəri Gürcüstandan 5 dəfə bahadır. Bu da həmin şirkətlərin biletlərinin qiymətinin artmasına səbəb olur”.
Natiq Cəfərli deyir ki, hesabatdan yerüstü xidmətlərin AZAl-dan ayrılmasına hazırlıqlar getdiyi aydın olur:
"Digər hava limanlarının da AZAL-ın idarəetməsindən ayrılması, həmin hava limanlarının digər şirkətlərə verilməsi də mümkündür. Bəzi türk şirkətlərinin də bu hava limanlarının işlədilməsində marağı var. Ona görə də bu hesabat onu deməyə əsas verir ki, AZAL-ın effektiv idarə edilməsinin təklilləşdirilməsinə ehtiyac var. Bundan əlavə, qiymətlərdən narazılıqlar da göz qarşısındadır. Qiymətlərin formalaşmasının səbəbləri və yerüstü xərclərin şişirdilməsi ilə bağlı məqamlar var”.
Natiq Cəfərli hesab edir ki, Azərbaycanın Avropa Birliyində müqaviləsi bitmək üzrədir:
"Yeni bir müqavilə bağlanacaq. Orada əsas məqamlardan biri Azərbaycanın hava limanının daha azad və liberal şərtlərlə fəaliyyət göstərməsi üçün Azərbaycanın öhdəlik götürməsidir. Çox güman ki, bunun da təsiri var. Böyük bir dəyişikliklər gözlənilir”.
Qeyd edək ki, Hesablama Palatası "Azərbaycan Hava Yolları” üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini açıqlayıb. Palata aviabiletlərin qiymətlərinin optimallaşdırılmasını vacib sayıb.