Şahbuz şəhərində yerləşən yeganə uşaq bağçasında istilik sistemi işə salınmadığı üçün uşaqlar soyuqda qalıb. Bu səbəbdən uşaqlar tez-tez xəstələnir, bağça işçiləri və valideynlər əziyyət çəkir.
Millitv.az bildrir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup valideyin şikayət edib. Şahbuz rayonu dağlıq ərazidə yerləşir və burada havalar aran yerlərə nisbətən soyuyur olur.
Valideynlərdən B.B. deyir ki, həm həyat yoldaşı, həm də özü işlədiyindən uşağı baxçaya qoymağa məcburdurlar:
“İstilik olmadığına görə bağçada uşaqlar tez-tez xəstələnir. Hər ikimiz işlədiyimiz üçün vaxt tapıb uşağı həkimə də apara bilmirik. Bütün valideynlər eyni problemi yaşayır. İşçilər də narazıdır. Şahbuzda cəmi bir uşaq bağçası olduğundan, bizim də başqa seçim imkanımız yoxdur. Sovetlərdəç, Vasif Talıbovdan qalma ənənəyə görə, stiliyi noyabrın 15-də verirlər. Halbuki, indi bağçanın istiliyə ehtiyacı var. Aprel ayı isti keçir. O vaxtlar da bağçaya istilik lazım olmur. Əksinə o zaman bağçaya istilik verilir. Yaxşı olar ki, hava şəraitini nəzərə alsınlar”
Başqa bir şikayətçi deyir ki, nəvəsi bağçada xəstələndiyindən, bir həftə ciddi müalicə almalı olub:
“Təkcə biz valideznlär yox, işçilər də narazıdırlar, onlar da uşaqlarla bərabər soyuqda qalmalı olur. Nəvəm 3 gündür xəstədir, soyuqlayıb. Həkimə aparmışıq iynə-dərmana nə qədər pul vermişik. Bu cür olmaz, axı. Böyüklər birtəhər ötüşürlər. Körpə uşaqlar soyuğa dözə bilmirlər. Artıq valideynlər məcbur qalıb uşaqlarını bağçaya aparmırlar. Amma elə ailələr var ki, valideynlərin hər ikisi işləyir. Onların uşaqları evdə saxlamaq imkanı yoxdur. Bağça soyuq olmasına baxmayaraq onlar uşaqlarını bağçaya aparırlar. Körpələr tez-tez qripə yoluxurlar. Şikayətimizə də baxan yoxdur. Deyirlər ki, noyabrın 15-də qış rejimi başlayır və ancaq bağçaya o zaman istilik veriləcək”.
Məsələyə münasibət öyrənmək üçün aidiyyəti qurumlarla əlaqə yaratmaq mümkün olmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.