Uşaq bağçaları, körpələr evi problemi uzun illərdir ki, davam edir. Təkcə bir faktı qeyd edək ki, uşaq bağçaları və körpələr evində çalışan müəllimələrin, müdirələrin çoxunun ali təhsili, bəzilərinin isə ümumiyyətlə, orta ixtisas təhsili yoxdur. Belə olan halda məktəbəqədər körpələri məktəblərə necə hazırlamaq olar..?
Biz hətta uzun müddət uşaq bağçaları və körpələr evinin icra hakimiyyətlərinə tabe etdirilməsindən sonra yaranan xeyli sayda problemləri demirik. Ümumiyyətlə, rüşvət və korrupsiya hətta uşaq bağçalarına və körpələr evinə də yol açıb. Uşaq bağçalarının, körpələr evinin müdirləri, tərbiyəçilər, dayələr dövlətin uşaqlar üçün ayırdığı ərzaq və qidaları mənimsəyirlər.
Bu hələ harasıdır..? Uşaq bağçalarında, körpələr evində “ölü canlar” kimi xeyli sayda tərbiyəçi, dayə, gözətçi kağız üzərində fəaliyyət göstərir, yəni onların adı işdə getsə də, özləri işə gəlmir və onların əmək haqqlarını bağça müdirləri alıb mənimsəyirlər.
Dəfələrlə canlı videomateriallarda uşaq bağçalarında körpələrin incidilməsinin, hətta döyülməsinin şahidi olmuşuq.
Paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda da 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal Rayon İcra Hakimiyyətinin saytındakı Yasamal rayonunda yerləşən məktəbəqədər uşaq müəssisələrinin 54 №-li körpələr evi – uşaq bağçası da var. İnşaatçılar pr.40 ünvanında yerləşən bu uşaq bağçasına Sultanova Gülnarə Fəxrəddin qızı rəhbərlik edir.
Ümumiyyətlə, bu körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı dəfələrlə sosial şəbəkədə yazıblar, valideynlər şikayət ediblər. Bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılması burada adi hal alıb. Bundan başqa faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsi də ciddi araşdırılmalıdır.
Bəli, Gülnarə Sultanova uşaq bağçasını özünün şəxsi obyektinə çevirib. Bu azmış kimi Gülnarə Sultanova əlavə 3-4 uşaq bağçasına da “ağbirçəklik” edir... Bu məqamda Gülnarə Sultanovanın özəl həyatına toxunmadan qeyd etmək istəyirik ki, uşaq bağçaları, körpələr evi həm də TƏLİM-TƏRBİYƏ məkanıdır. Gülnarə Sultanova kimilərin burada çalışması məqsədəuyğun deyil. Yəqin söz sahibi nə demək istədiyimizi başa düşəcək...
Şikayətçilər deyir ki, Gülnarə Sultanova ancaq bir söz bilir: “Bağçada boş yer yoxdur...” Amma pulu görən kimi hansısa sirli qüvvə uşaq bağçasında bir dəqiqəyə yer boşaldır, ya da yeni yer açır...
Gülnarə Sultanova həm də maklerlik edir, uşaq bağçalarının ərazisinin satılıb-alınmasında iştirak edir... Yəni bu adam üçün pul hər şey deməkdir...
Bütün bunlar azmış kimi redaksiyamıza daxil olan bir məlumat xeyli təəccübümüzə səbəb oldu. Deməli, Gülnarə Sultanova və onun bina tikən mərhum həyat yoldaşı bağçanın ərazisini zəbt edərək orada hündürmərtəbəli bina tikiblər. Bu, başqa yazının mövzusudur. Bu hələ harasıdır..?
Deməli, Gülnarə Sultanova həm də talış separatçısı, ölkəmizə qarşı xaricdən təbliğat apara-apara dünyasını dəyişən Əlikram Hümbətovun qohumu imiş...
İndi söz Bakı Şəhər Təhsil İdarəsinindir. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin. //gundelik-baku.com//