Axtarış...

Şəkidə TÜRMƏ RƏİSİ QOÇULUQ EDİR... - Dustaq atası HARAY ÇƏKDİ!

Şəkidə TÜRMƏ RƏİSİ QOÇULUQ EDİR... - Dustaq atası HARAY ÇƏKDİ!


Vətəndaş Əhmədov Kərim Əhməd oğlu Azinforum.az-a videomüraciət ünvanlayıb. O bildirir ki, Penitensiar Xidmətin müəsissələrindən birində cəza çəkən oğlu, Əhmədov Röyal Şəkidəki cəzaçəkmə müəsissəsinin rəisi Fərhad Hüseynov tərəfindən incidilib.

Buna görə də, məhkum artıq 35 gündür ki, aclıq aksiyası keçirir. Hazırda Əhmədov Röyalın PX-nın Müalicə Müəsissəsində olduğu bildirilir.

Ata deyir ki, oğlunun aclıq aksiyası rəsmən qeydə alınsa da, onun tələblərinə lazımi reaksiya verilmir.

Təəssüflər olsun ki, PX-dan bu məsələyə münasibət öyrənə bilmədik. Onların da mövqeyinə yer verməyə hazırıq.

Millitv.az şikayətçinin videomüraciətini azinforum.az-a istinadla təqdim edir:
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz