Axtarış...

Ceyhun Həsənovun xəbəri varmı ki, rəisi nə işlə məşğuldur? - İTTİHAM VAR!

Ceyhun Həsənovun xəbəri varmı ki, rəisi nə işlə məşğuldur? - İTTİHAM VAR!


“Mayıl Məmmədovun bu və digər qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir”.
Bu sözləri, Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlu ailə üzvləri vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti orqanlara etdiyi müraciətində yer alıb.
Hazırda Penitersiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhkum, 1-ci qrup əlil Əli Səbədov müalicə müəssisəsində üzləşdiyi özbaşınalıqlardan, dözülməz işgəncələrdən, müəssisə rəisi Mayıl Məmmədovun, Əməliyyat işləri üzrə müavini Azər Əliyevin, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayevin özbaşına və qanunsuz əməlləridən yazır.
RealMedia.az xəbər verir ki, məhkum Əli Səmədov ölkə başçısına və Baş prokurorluğa ünvanladığı müraciətində müəssisədə dövlətin qoyduğu qayda-qanunlara riayət etməyən müəssisə rəisi Mayıl Məmmədovun xəstə məhkumların üzərində hegemonluq etdiyini, öz haqq və hüquqlarını tələb etmək istəyən məhkumları söyüb təhqir etdiyini, onların şərəf və ləyaqətini qəsdən alçaltdığını və işgəncələr verdiyini qələmə alıb. Hətta Əli Səmədov olduqca ciddi məqama da toxanıb. O, müraciətində müəssisə daxili gizli şəkildə narkotik vasitələrin ticarəti həyata keçirildiyini də xüsusi olaraq qeyd edir. Ki, bu da olduqca ciddi məsələdir. Və hesab edirəm ki, bu müraciət aidiyyəti orqanlara həm də bir mesaj olmalıdır ki, bu da aidiyyəti qurumları müəssisə ilə bağlı hərəkətə gətirməli və ciddi şəkildə araşdırmlar aparmağa məcbur etməlidir.

Bundan başqa müraciət müəllifi yazır: “Mayıl Məmmədovun bütün qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir. Həyətdə inşa edilmiş otaqlar var, hansı ki, rəis Mayıl Məmmədov bu yerləri çox bahalı qiymətlərə imkanlı məhkumlara satır. Müalicə Müəssisəsinin binasında olan təmirli və normal şəraitlə təmin olunmuş otaqları isə rüşvət qarşılığında xəstə məhkumlara verirlər. Lakin mən Mayıl Məmmədova və ya onun rüşvətxor komandasına rüşvət vermədiyinə görə, onlar məni burada soyuq otağa saldılar. Halbuki mən 1-ci qrup əliləm. Səhətimdə ağırlaşmalar olduğu üçün Cəzaçəkmə Müəssisələrindən təcili şəkildə buraya etab edilmişəm. Mayıl Məmmədov digər xəstə məhkumlara etdiyi kimi, mənim də haqqımı qəsb elədi. Artıq bir neçə gündür ki, Müalicə Müəssisəsindəyəm. Baxımsızlıq ücbatından vəziyyətim daha da pisləşib”.

Sonda isə məhkum Əli Səmədov mətbuat vasitəsilə Prezident İlham Əliyevdən, Baş Prokuror Kamran Əliyevdən və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevdən Penitersiar Xidmətin Müalicə Müəssisəsində geniş və növbədənkənar obyektiv yoxlamalar aparılmasını, bununla yanaşı, onun təhlükəsizliyinin təmin etmələrini, xəstə və çarəsiz məhkumlara edilən haqsızlıqlara son qoyulmasını, Mayıl Məmmədov və onun hegomon heyətinə layiqli cəzanın verilməsi ümidi ilə xahiş edir.

P.S. Azərbaycan hüquqi bir dövlətdir. Hər bir vətəndaşın hüquq və azadlıqları qanunla qorunur. Ola bisin ki, Əli Səmədov törətdiyi hansısa bir cinayətə görə məhkum həyatı yaşayır. Ancaq bu ona dəlalət etmir ki, ona və digər məhkumlara qarşı Çəzaçəkmə müəssisələrində onlara qarşı ikinci bir cəsa üsulu seçilməli, onlar söyülüb təhqir olunmalı və işgəncələrə məruz qalmalıdırlar. Heç bir halda buna yol verilmir və verilə də bilməz. Kimliyindən, tutduğu vəzifəsindən, daşıdığı rütbəsindən asılı olmayaraq heç bir halda bunlara yol verilmir. Hər bir halda onlar bir vətəndaşdır və konstitsion hüquqasahibdirlər. Bu məsələnin əsas tərəfi. Məsələnin ikinci bir əsas tərəfi də ondan ibarətdir ki, məhkumlarında öz hüquqları mövcuddur ki, təssüflər olsun ki, onlar bu hüquqdan istifadə edə bilmirlər. Umumiyyətlə, bu hüquq onlara izah olunmur.

RealMedia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz