Axtarış...

Məhbus atası Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT

Məhbus atası Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT

Redaksiyamıza Penitersiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Əhmədov İbrahim Talıb oğlunun atası Astara rayon Pəlikeş kənd sakini Talıb Əhmədov tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətin bir surəti daxil olub.

DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident!
Yazaraq Sizə bildirmək istəyirəm ki, mən Talıb Əhmədov Astara rayon Pəlikeş kənd sakiniyəm. Neçə illər kənd məktəbində müəllim işləmişəm və eyni zamanda kiçik maldarlıq təsərrüfatı ilə məşğul olmuşam. İki dəfə ailə həyatı qurmuşam, doqquz övladım var.

Övladım Əhmədov İbrahim Talıb oğlu rayonda olan narkotacirlərin toruna düşərək 2014-cü ildə MTN (DTX) tərəfindən həbs edilib. O, mülki həyatda olan vaxtlarda olduqca zəhmətkeş, ailəcanlı, dürüst bir övlad idi. O, mənim kiçik təsərrüfatımda olan mal-qaraya çobanlıq edirdi. Həqiqi hərbi xidmət dövründə sürücü vəzifəsində xidmət aparmış və komandirləri tərəfindən nümunəvi əsgər kimi təltifə layiq görülmüşdür. Anası isə hələ o, uşaq yaşlarında ikən vəfat etmişdir. Mən isə ona həm ata, həm də ana əvəzi olmağa çalışmışam. Ümumiyyətlə isə övladlarımı kasıbçıqla böyütmüşəm.

Az öncə qeyd etdiyim kimi övladım İbrahim 2014-cü ildə həbs olundu və 15 il 6 ay (on beş il altı ay) müddətinə azadlıqdan məhrum edildi.

Hörmətli cənab Prezident! Sizi məlum etmək istəyirəm ki, hazırda maddi durumumuz olduqca aşağı səviyyədədir. Kasıbçılıq ücbatından Penitersiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən övladım Əhmədov İbrahim Talıb oğlunu ziyarət etməyə gedə bilmirəm. Əlbətdə məhkumlar dövlətin himayəsindədir. Lakin, bəzən elə olur ki, yetim balam İbrahim məndən pul istəyir, mən isə onun istəyini yerinə yetirə bilmədiyim üçün param-parça oluram. Həmçinin səhətində problem vardır. Bəzən dövlət tərəfindən edilən müalicələrdən əlavə özümüz bahalı dərman pereparatları alıb göndərməli oluruq.

O, cavan olmasına baxmayaraq həqiqətən də çox baracarıqlıdır. Cəza çəkdiyi müəssisədə kiçik ətir biznesi ilə məşğul olması mümkündür. Bunun üçün isə Sizin köməkliyinizə ehtiyacım var.
Sizdən çox xahiş edirəm, gözü yolda qalan övladım İbrahimin müəssisə daxilində "qramla ətirlər biznesi" ilə məşğul olub, öz maddi ehtiyaclarını qarşılaya bilməsi üçün tapşırıq verəsiniz.

Bizə edəcəyiniz belə bir böyük yaxşılığa görə Sizə öncədən öz minnətdarlığımızı bildiririk. Uca Allah Sizi qorusun!
Məhbus atası Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz