Son zamanlar Bakı metrosunda sıxlıq daha da artıb.
Bunun bir səbəbi tədris ilinin başlaması və yay tətilinin bitməsi ilə əlaqədardırsa, digər səbəbi avtobusların mənzil başına vaxtında catmamasıdır. Həm də bu səbəbdən sərnişinlər metroya axın edirlər. Belə olan halda gur saatlarda metroda və avtobuslarda sıxlıq müşahidə olunur. İşçilər işə, tələbələr dərsə gecikir, ancaq problemlər həll olunmur. Bakıda yenə tıxaclar baş alıb gedir, ictimai nəqliyyat problemi hər kəsin gündəlik həyatını çətinləşdirir.
Cebhe.info-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sıxlığın əsas səbəbi Bakıda əhali sayının artmasıdır:
“Əhali sayı artdıqca sıxlıq yaranır. Bu zaman da içtimai nəqliyyatın öhdəsinə böyük yük düşür. Təəssuf ki, şəhərdə ictimai nəqliyyat avobus və metrodan ibarətdir, çoxşaxəli deyil. Düşünürəm ki, metroya yeni qatarların gətirilməsinə ehtiyac var. Həmcinin, ictimai nəqliyyatın avtobus seqmentində marşruta buraxılan avtobus sayını artırmaq lazımdır.
Artıq neçə ildir, özəl daşıycılar haqqında tələb qoyulur ki, marşruta buraxılan avtobusların sayı artırılsın. Həmçinin bu avtobuslar müasir tələblərə cavab versin. Lakin illər ötür, bu tələblər yerinə yetirlmir”.
Ekspert xatırladıb ki, avtobus şirkətlərinin tələbi ilə gediş haqqı artırılıb:
“Qiymət qalxıb, amma avtobuslarda vəziyyət düzəlmir”.
Ekspert əlavə edibi ki, əsas problem içtimai nəqliyyatın çatışmazlığı, nəqliyyatın düzgün tənzimlənməməsidir:
“İctimai nəqliyyatın şaxələnməsinə, yeni nəqliyyat sisteminin yaradılmasına ehtiyac var. Bunlardan biri tramvay ola bilər. İstər sadə, istər sürətli tramvay xətlərinin çəkilməsinə ehtiyac var. Bu tramvay xətləri sadəcə dekorasiya naminə, yəni turistlərin fonunda şəkil çəkdirməsi üçün deyil. Rentabelli və keyfiyyətli sərnişindaşıma həyata keçirə bilən tramvay xətləri olmalıdır”.