Məlum olduğu kimi, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı.
Xatırladaq ki, ölkədə 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.
8 Mart qeyri-iş günü olduğu üçün ictimai nəqliyyat ardıcıl olaraq üç gün işləmədi.
İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, Novruz bayramında da eyni qaydada qeyri-iş günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Bu isə insanların müvafiq qurumlara qarşı qəzəbini artırır.
Maraqlıdır, eyni qayda Novruz bayramına da şamil oluna bilərmi?
Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, Operativ Qərargahın qərarına əsasən müəyyənləşəcək:
"Bizə belə bir göstəriş verilməyib".
Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın sözçüsü İbrahim Məmmədov bildirib ki, hələ dəqiq qərar verilməyib:
"Bu məsələ ilə bağlı hələ məndə dəqiq cavab yoxdur".