Yazımızın mövzusu Hacı Turqayın halal kolbasaları ilə bağlı olduğu üçün HALALLIQ məsələsinə bir az aydınlıq gətirək.
Deməli, cəmiyyətimizdə halal-haram söhbəti oprtaya düşən kimi, hamı yapışır kolbasadan... Əlbəttə, kolbasa da, sosiska da halal olmalıdır. Amma halallığı ancaq kolbasa da axtarmaq çox bəsit söhbətdir. Məgər bəzi məmurlların hər gün aldığı milyonlarla rüşvət halaldır...? Bəlkə həkimin, yaxud da ki, bəzi ayrı-ayrı hərbi komissarların külli miqdarda rüşvət alaraq məmur balalarını müharibədən yayındırması halallıqdır...
Bir neçə il öncə o zamankı PA-nın rəhbəri, "Pasportstol" Levonun dayısı Ramiz Mehdiyev demişdi ki, mənə savadlı və halal bir hüquqşünas tapın işə götürüm, rüşvət almasın..
Sözümüzün canı odur ki, cəmiyyətimizdə haramzadanın halallıq axtarması kimi bir nağıl dolaşır. Müqəddəs Qurani-Kərimdə də buyrulur ki, çəkidə və ölçüdə aldatmayın.
Sözün qısası, halallığı təkcə kolbasada deyil, həyatımızın hər anında və hər yerdə axtarmalıyıq. Onda bəlkə nəyəsə nail ola bilərik. İndi isə keçək cənab Hacı Turqayın ət məhsullarına...
Gəlin Hacı Turqayın instaqram səhifəsinə nəzər salaq. https://www.instagram.com/haciturqay.az/ Bu səhifədə yazılanlardan bəlli olur ki, Hacı Turqayın ət məhsulları istehsal edən şirkəti uzun illərdir ki, fəaliyyət göstərir. Səhifədə yazılanlardan aydın olur ki, şirkət kolbasa, servelat, sosiska, közləmə, manqal, saçaq pendir, toyuq ətindən Hacı Turqay kolbasası, Tərəkəmə kolbasası və daha nələr istehsal etmir. Və hamısı da HALAL... Hacının instaqram səhifəsində yazılıb ki... Təbii süddən Qaymaqlı kolbasa... Orucunuzu, iftarınızı bizim kolbasa ilə açın...
Amma media üzərindən apardığımız araşdırma zamanı bəlli olur ki, nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Komitə “Hacı Turqay”a halallıq sertifikatı verməyib. Biz sertifikat məsələsini də bir kənara qoya bilərdik, çünki sertifikatla halallıq olmur. Amma problem daha dərindir. Belə ki, əvvəllər 300-400 kq kolbasa məhsulları istehsal edən müəssisə indi hazırda sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal edir. Adamdan soruşan lazımdır ki, gündə 10 ton kolbasa istehsal etmək üçün nə qədər halal ət lazımdır..? Siz bunu haradan alırsınız..? Axı, heç kimə sirr deyil ki, bu günkü kolbasaların, sosiskaların çoxu təmiz ətdən deyil, mənşəyi bəlli olmayan ətdən, soyadan və daha nələrdən hazırlanır. Bu gün Azərbaycana şirkətlərin sifarişi ilə xarici ölkələrdən quş ətləri və digər mənşəyi bilinməyən ət məhsulları gətirilir, Kolbasa və sosislərin hazırlanmasında istifadə edilərək "halal" adı ilə insanlara təqdim edilir.
Bütün bunlar azmış kimi “Hacı Turqay” şirkəti təkcə istehlakçıların hüquqlarını pozmur, həm də qanunla sahibkarlara dövlət tərəfindən müəyyən edilmiş vergilərdən yayınır. Hacı Turqay vergilərdən bu və ya digər formada yayınaraq dövlət büdcəsini də kəsirdə qoymaqdan da çəkinmir. Amma deyəsən Hacı Turqay AQTA rəhbəri Qoşqar Təhməzli ilə də dil tapıb. Bu mövzuda növbəti yazımızda geniş bəhs edəcəyik. Hacı Turqaya bildirmək istəyirik ki, hörmətli kolbasa istehsalçısı sənin tutduğun əməllər bizim bildiyimizə görə, cinayət tərkibi yaradır.
Deməli, belə olan halda Hacı Turqay cinayət məsuliyyətinə cəlb edilməli və qanun qarşısında cavab verməlidir. Üstəlik də adını Hacı qoyan adam...adam olmalı, insanları aldatmamalıdır. //gundelik-baku.com//