Rusiyanın Qaraçay-Çərkəz bölgəsində fəaliyyət göstərən kosmetika şirkəti ilə Azərbaycana gələn il 500 min ABŞ dolları dəyərində halal məhsulun tədarük edilməsi barədə müqavilə imzalanıb.
Millitv.az axar.az-a istinadən bildirir ki, bu barədə regionun Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Artur Yezaov bildirib.
"Sevindirici haldır ki, mərkəzimizin işi kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilib. Artıq ilk ildə yaxşı nəticələr əldə edilib. Müqavilə MDB ölkələri ilə həyata keçirilən biznes missiyaları çərçivəsində imzalanıb", - deyə o bildirib.