Axtarış...

Qiyməti əvvəl qaldırırlar, sonra da endirirlər... - Adı da olur KAMPANİYA: həm də bahasına...

Qiyməti əvvəl qaldırırlar, sonra da endirirlər... - Adı da olur KAMPANİYA: həm də bahasına...


" Endirim " yoxsa, mūştəri inamından sui - istifadə?" DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nübar Mustafazadə adlı istifadəçi sual edərək bildirib.

Narazı vətəndaş daha sonra bildirib: "AL Market-in növbəti "bol-bol endirim kompaniyası başlığı ilə paylaşdığı " Halal Nemət Min Bərəkət " firmasının istehsalı olan " Səhər " sosiskasının Ekonom Market in vitrinində gündəlik satış qiyməti 6.50 AZN-dir. Və vitrinə göz gəzdirərkən diqqətimi çəkən digər maraqlı məqam da oldu. Həmin firmanın " İmsak " və " Sacüstū " sosiskaları " Səhər " sosiskasının " Al Market"də endirimdən əvvəlki qiymətindən daha aşağı satılır. (İmsak - 9.20 AZN; Sacüstū - 9.00 AZN )

QEYD : Kompaniya davam edir..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Text-to-Speech

DİNLƏ






Şərh yaz