Keçən günlərdə ARDNŞ-nin keçmiş vitse-prezidenti, hazırki müşavir Daşqın İsgəndərovla bağlı verdiyimiz informasiyada iddia olunurdu ki,onun kadrlarının "vurulması" prosesinə start verilib və ilk hədəfdə olanlardan biri də hazırda "Azəriqaz" İstehsalat Birliyində direktorun Təmir-Tikinti işləri üzrə müavini postunu tutan Ramil İsgəndərovdur.
DİA.AZ-ın məlumatına görə, artıq rəhbərlik tərəfindən R.İsgəndərovun ərizəsinin alındığı iddia olunur. Onu da qeyd edək ki, Daşqın İsgəndərov bu günlərdə SOCAR-da vitse-prezidentlikdən alınaraq müşavir kimi təyin olunub və bu da onun mövqelərinin kifayət qədər zəifləməsi kimi anlaşılır. DİA,AZ vurğulayır ki, D.İsgəndərov yerli KİV-də gizli oliqarx-məmurlardan biri kimi təqdim olunur...
Ramil İsgəndərova gəlincə isə, onun özü də yetərincə qabarıq fiqurdur. Xatırladaq ki, zamanında Ramil İsgəndərov barəsində ilginc iddialar səslənirdi. Məsələ onun səlahiyyətləri ilə bağlıdır, yəni nə iş göfrürüdü ki, belə diqqətə gəlirdi... İş bundadır.
Bəs Ramil İsgəndərovun “Azəriqaz”da işi nədən ibarətdir? Yuxarıda qeyd etdiyimiz kimi, ölkə ərazisində qaz kəmərlərinin yenidənqurulması, qazpaylama infrastrukturunun yaradılması layihələrinin hazırlanmasına, təmir-tikinti işlərinin həyata keçirilməsinə nəzarət etmək.
İnternet resurslarında açıq mənbələr üzərindən apardığımız araşdırmalarda “Azəriqaz” İstehsalat Birliyini tərəfindən son illər bir çox rayonlarda kəndlərin qazlaşdırılmasının həyata keçirməsi barədə geniş məlumatlar tapdıq. Bu işlərin həyata keçirilməsinə nəzarət isə Ramil İsgəndərovun səlahiyyətindədir. Çünki, İstehsalat Birliyinin baş direktorunun keçirdiyi”Açıq mikrofon” aksiyalarında Ramil İsgəndərov əsaslı tikinti üzrə müavin kimi daim Ruslan Əliyevin yanında olur. Bu isə o deməkdir ki, kəndlərin qazlaşdırılması işinin başında birbaşa Ramil İsgəndərov dayanır. Redaksiyamıza verilən məlumatlara görə məhz bu işlərin həyata keçirilməsinə ayrılan dövlət vəsaitlərinin çox hissəsi baş direktorun müavini Ramil İsgəndərovun vasitəsi ilə təyinatından kənarlaşdırılır. Əldə eydiyimiz məlumatlara görə Ramil İsgəndərov bu vəzifəyə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə keçmiş vitse-prezidenti, hazırki müşavir Daşqın İsgəndərov tərəfindən məhz bu məqsədlə otuzdurulub. Həm Ruslan Əliyevə nəzarət etmək, həm də var -dövlət toplamaq məqsədi ilə.
İndi isə onun özünün mövqeləri zəifləyib. Bu barədə danışan mənbə iddia edir ki, əlinə fürsət düşən “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev heç də fürsəti fövtə vermək fikrində deyil. Və...
Daha ilginc faktlar NÖVBƏTİ YAZIMIZDA...
Bizi izləməkdə davam edin...
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az