Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırova müavin təyin edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovniki Elçin Kazımi Səhlab Bağırova müavin təyin olunub.
Qeyd edək ki, Elçin Kazımi bəstəkar Oqtay Kazıminin oğludur.