Redaksiyamıza zamanında gömrük sistemində at oynatmış və broker xidməti adı altında dövlət büdcəsindən milyonları yayındıraraq mənimsəmiş, hazırda "Gilan" Holdinqdə barınan və de-fakto "Meyvəli" bazarına rəhbərlik edən Əbülfəz Məlikovla və onun yaxın çevrəsi ilə bağlı ilginc iddiaların yer aldığı məlumat daxil olub.
Belə ki, DİA.AZ-a mötəbər qaynaqdan daxil olan informasiyada qeyd olunur ki, Əbulfəz Məlikovun muavinləri də özü kimi hal-hazırda qorxu içindədirlər.
Mənbənin dia.az-a söylədikləri: "Keçmiş brokerin üç ən yaxın adamı var ki o admların adına hansı işlərin görüldüyü ortaya çıxarsa, bütün ölkə silkələnər.
Söhbət Əbülfəz Məlikovun müavinləri olan Elşad İsgəndərov, Mehman Rüstəmov və Günel Səfərovadan gedir. Əgər huquq-muhafizə orqanları bu şəxslər haqqında araşdırma apararsa, ortaya ölkəni silkələyəcək maliyyə firildaqçılıqları, ölkədən müxtəlif yollarla oğurlanaraq çıxarılan milyonların haralara getdiyi məlum olacaq".
Qeyd edək ki, mənbə bu barədə daha geniş bilgilər verib. Yaxın vaxtlarda həmin faktları da təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq...DİA.AZ