ARDNŞ-nin keçmiş vitse-prezidenti, hazırki müşavir Daşqın İsgəndərovla bağlı ilginc iddialar səsləndirilir. DİA.AZ bildirir ki, bu barədə "facebook" səhifəsindəki paylaşımında tanınmış hüquq müdaffiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı iddia ilə çıxış edib.
M.Qəhrəmanlı qeyd edir ki, kulualarda gəzən söhbətlərə görə, artıq Daşqın İsgəndərovun kadrlarının "vurulması" prosesinə start verilib və ilk hədəfdə olanlardan biri də hazırda "Azəriqaz" İstehsalat Birliyində direktorun Təmir-Tikinti işləri üzrə müavini postunu tutan Ramil İsgəndərovdur.
DİA.AZ-ın məlumatına görə, artıq rəhbərlik tərəfindən R.İsgəndərovun ərizəsinin alındığı iddia olunur.
Onu da qeyd edək ki, Daşqın İsgəndərov bu günlərdə SOCAR-da vitse-prezidentlikdən alınaraq müşavir kimi təyin olunub və bu da onun mövqelərinin kifayət qədər zəifləməsi kimi anlaşılır. DİA,AZ vurğulayır ki, D.İsgəndərov yerli KİV-də gizli oliqarx-məmurlardan biri kimi təqdim olunur...
Əlavə bilgilərimiz olacaq.
İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...