Axtarış...

Bu tenderləri bir araşdıran olsa... - HƏDƏFDƏ DÖVLƏT BÜDCƏSİDİR...


Dəyərli oxucularımızın nəzərinə çatdıraq ki, dünyada 1000 doğulmuş uşaqdan 19-24-ü lal, kar olur. Azərbaycanda isə yaxın qohumların nigah daha çox olduğuna görə, uşaq ölümü daha yüksəkdir. Bu uşaqlar adətən eşitmə cihazı taxır ki, onlar əlil qalmasın. Bu proses Azərbaycanda 2010-cu ildən tətbiq olunmağa başlayıb. Əvvəllər ildə 200 nəfər əməliyyat olunsa da, artıq belə bir limit yoxdur. Dövlətimiz vətəndaşlar üçün hər şey edir. Amma bəzi məmurlar öz şəxsi maraqları üçün bundan da milyonlarla qazanc götürürlər. Araşdırmalar nəticəsində məlum olub ki, bu cihazları ölkəyə gətirən TƏBİB-in direktoru Vüqar Qurbanova məxsus olan “Kochlear” şirkətidir.
Bizdə olan məlumata görə, bu cür əməliyyatlar ən çox “Lor hospital”da həyata keçirilir ki, buranın sahibi də bəllidir. İcraçı direktoru Vüqar Qurbanovun yaxın dostu Hansiyar Babayevdir. Qeyd edək ki, bu cihazlar Azərbaycanda dünyadakından tam 3 dəfə baha satılır. V.Qurbanov bu limitin ləğvini TƏBİB-in direktoru olduqdan sonra etdi. Bunlar vəzifəyə gəlirlər ki, öz şirkətlərini böyütsünlər və dövlətin və xalqın cibinə girsinlər. Görəsən, hər kəsin bildiyi bu məsələləri İcbari Tibbi Sıgorta rəhbəri cənab Zaur Əliyev bilmirmi?!Deyilənlərə görə, Vüqar Qirbanovla Zaur Əliyev bir adamdırlar və hər şeydə şərikdirlər. TƏBİB rəhbəri Vüqar Qurbanov tender məsələlərində istəyinə nail olması üçün bütün var gücü ilə Yeni Klinikaya öz adamlarını yerləşdirməyə calışırdı və buna da nail oldu. Hazırda İTS-in tenderlərinin ən böyük qaliblərindən biri “Vitta” şirkətidir. Belə ki, bu şirkət ümumi məbləği 2 milyon manat dəyərindən artıq olan Endoskopik dəst tenderinin qalibi olub.
Bəs bu şirkət kimindir və Yeni Klinika ilə bu tenderin hansı əlaqəsi var? Kiçik araşdlrmadan sonra məlum olur ki, tenderin qalibi elan edilmiş “Vitta” şirkəti Yeni Klinikanın direktor müavini İlqar Mustafayevin atası Valeh Mustafayevə məxsusdur. Bəs Yeni Klinika direktorunun İnzibati məsələlər üzrə müavini İlqar Mustafayev kimdir, harada təhsil alıb, hansı peşənin sahibidir? Nə qədər araşdırma aparsaqda, İlqar Mustafayevin rəsmi təhsili barədə heç bir məlumat əldə edə bilmədik. Bircə onu öyrənə bildik ki, İlqar Mustafayev bir müddət Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “Astoria” klinikasında çalışıb. İ.Mustafayev “Astoria” klinikasında işləyərkən İ. Əliyevə külli miqdarda “pul atdığından” yanından uzaqlaşdırıb. Amma vəzifə pillələrində sürətlə irəlliləyən Mustafayevlərə bu dəfə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yaxından köməklik göstərib. Onu da bildirək ki, Zaur Əliyevlə İlqar Mustafayevin qardaşı, Müdafiə Sənayesi nazirinin müavini Vüqar Mustafayev yaxın dostdurlar. Odur ki, aradan qısa bir müddət keçmir ki, İlqar Mustafayev Zaur Əliyevin dəstəyi ilə Milli Hematologiya Mərkəzinin İnzibati İşlər üzrə direktor müavini təyin edilib. Hematologiya Mərkəzi Səhiyyə Nazirliyinin tabeçiliyinə verildiyinə görə, İlqar Mustafayev 2022-ci ilin dekabr ayının 28-i tələsik şəkildə “Yeni Klinika” Publik Şəxsin direktor müavini təyin edilir. Belə təcili qərar üçün səbəb nə idi? Yeganə səbəb o idi ki, həmin zaman Yeni Klinikanın böyük tenderləri var idi. Beləliklə İlqar Mustafayevin orada olması şərt idi ki, atasına məxsus “Vitta” şirkəti oradan pay götürsün. Bütün bu məsələlərin hamısını koordinasiya edən isə TƏBİB rəhbəri Vüqar Qurbanov şəxsən özü idi.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz