Əziz izləyicilər, yəqin ki, ötən gün dərc etdiyimiz “TƏBİB sədrinin “mütərəqqi” korrupsiya üsulları işğaldan azad edilən ərazilərə də nüfuz edib” sərlövhəli yazımızı xatırlayırsınız. Həmin məqalədə TƏBİB sədri Vüqar Qurbanovun Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) ÜZƏRİNDƏ həyata keçirdiyi vəzifə alverindən bəhs etmişdik. Bu yazımızda isə sizlərə həmin "ismi-şərifin" adını tanıdacağıq. Və biləcəksiniz ki, dəridən-qabıqdan çıxaraq daha gəlirli yerə təyinat alan şərif kimdir. Reportyoe.tv
Deməli, TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə yaradılaraq ötən ilin oktyabr ayının 1-də istifadəyə verilmiş Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) tikintisi ilə bağlı bütün xərcləri Nurəngiz Bəşirova çəkibmiş. Məlumat üçün qeyd edim ki, N. Bəşirova həmin vaxt TƏBİB-in tabeliyində "Beyləqan Mərkəzi Rayon xəstəxanası Publik Hüquqi şəxs"in direktoru vəzifəsində çalışırdı. Bu üzdəndə “TƏBİB sədri Ailə Sağlamlıq Mərkəzininntikintisinin bütün xərclərini Nurəngiz Bəşirovaya "yükləyib". Məsələ orasındadır ki, TƏBİB sədri Vüqar Qurbanov direktorla əvvəlcədən sövdələşib razılaşıblar. Sövdələşmə də belə olub ki, Bəşirova Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikdirib təhvil versə, onu daha yaxşı yerə (vəzifəyə) təyin edəcək. Burda açıq aydın onu göstərir ki, TƏBİB sədri Hadrut Ailə Sağlamlıq Mərkəzinin üzərində həm də bir vəzifə alveri aparılıb. Bildirilir ki, sövdələşmə bununlada yekunlaşmayıb. Məlumata görə, TƏBİB sədrinin bu yaxınlarda qızına etdiyi möhtəşəm və bahalı toy mərasiminin xərclərinin əhəmiyyətli hissəsini də Nurəngiz Bəşirova çəkib. Toý şənliyinə bahalı müğənniləri məhz direktor gətirib. Yalnız bundan sonra Vüqar Qurbanov həmin direktora "yaşıl işıq" yandırıb, Sabunçu 3 sayli şəhər xəstəxanasına direktor təyin edib. Yəni daha əlverişli və gəlirli bir müəssisəyə. Məsələnin ən ilginc tərəfində ondadır ki, Nürəngiz Bəşirova ona "etimad" göstərən sədrindən şantaj edir. Hər yerdə deyir ki, mən bu vəzifəyə elə belə gəlməmişəm. Yəni hər yerdə Hadrut Ailə Sağlamlıq Mərkəzini gözə soxur.
P.s. Sosial şəbəkədəki “Beyləqan Xəbərləri” səhifəsinin məlumatına görə, Nürəngiz Bəşirova 300-ə yaxın şəxsi müxtəlif işlərə götürərək onlardan işə girmələri müqabilində müxtəlif pullar alıb: “Artıq Beyləqan rayon xəstəxanasına bir neçə işçinin işdən çıxarılması ilə bağlı TƏBİB-dən təlimat gəlib. Beyləqan xəstəxanasına yeni təyin ediləcək direktor isə bir çox işçiləri işdən çıxartmağa məcbur olacaq. Düzdür, Nürəngiz Bəşirova şəhid ailələri üzvlərini, Vətən müharibəsi iştirakçılarını da işlə təmin edib. Amma bu şəxslərin sayı ümumən 100-ə çatmır... Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Nürəngiz Bəşirova özündən sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasında çox böyük problemlər qoyub getdi və yeni gələcək xəstəxana direktorunu çox ciddi surprizlər gözləyir”.
Reportyor.tv