Axtarış...

Səhiyyə sisteminin VÜQAR XƏSTƏLİYİ... - BU NƏDİ BELƏ?

Səhiyyə sisteminin VÜQAR XƏSTƏLİYİ... - BU NƏDİ BELƏ?

Təxminən bir il öncə, ötən il sentyabrın əvvəllərində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclasında Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib. Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O,uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb. Ötən bir il ərzində TƏBİBin fəaliyyəti təyinatın uğursuzluğuna tam əminlik yaradır. Məsələ burasındadır ki, V.Qurbanovun kadrları, bur başa onun himayəsi altında olanların əməlləri cəmiyyətdə ciddi narazılıq yaradır.

Vüqar Qurbanovdan Qarabağ qazisinə sayğısızlıq

“Yeni Klinika”nın daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Coşqun Məmmədov mediaya açıqlamasında bildirib ki, Barat Yusifov ondan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun avtomobilin qapısını açmasını tələb edib. Coşqun Məmmədov isə işinin qapı açmaq olmadığını deyıb. Lakin klinikanın rəhbəri israr edib. Coşqun Məmmədov “Mən kiminsə qapısını açan şəxs deyiləm” deyərək öz ərizəsi ilə işdən çıxıb. “Çünki mənim üçün qürurum və mənliyim hər şeydən öndə gəlir”, – deyə Coşqun Məmmədov bildirib. Onun sözlərinə görə, 1995-2022 ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edib. “2022 ci ilin fevral ayında xəstəliyim ilə əlaqədar polkovnik leytenant rütbəsi ilə ehtiyata buraxılmışam.

Vətən müharibəsi zamanı Fizuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişəm. 26 oktyabr 2020-ci il tarixdə Xocəvənd rayonunda yaralanmışam”. Coşqun Məmmədov “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Hərbi xidmət dövründə isə “Silahlı Qüvvələrin 10 illiyi”, “Silahlı Qüvvələrin 90 illiyi” , “Silahlı qüvvələrin 95 illiyi”, “Silahlı qüvvələrin 100 illiyi”, “Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətlərə görə” 1-ci dərəcəli medalları ilə təltif edilib. O, Silahlı Qüvvələr veteranıdır.

Yeni Klinikada yaşanan rəzalət

TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanovun Yeni Klinikaya təyin etdiyi Barat Yusibovun təyinatından sonra klinikada ciddi şəkildə işdən cixarmalar həyata keçirilir. Məlumat üçün onu da bildirək ki, səhiyyə sistemində peşəkarlığına görə nüfuz qazanmış C.Paşayevin B.Yusibovla əvəzlənməsi birmənalı qarşılanmamışdı. Çünki Barat Yusibovun adı dəfələrlə müxtəlif qalmaqalda hallanıb. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, 2021-ci ildə Bakıda fəaliyyət göstərən “EGE Hospital”da əməliyyat olunan Fatimə Əli qızı Xuçinayeva komaya düşüb. Xəstənin qızı Eren Xuçinayeva o zaman mətbuata açıqlamasında bildirmişdi ki, anasının bu vəziyyətə düşməsində “EGE Hospital”ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır. Bu ilin martında isə həkim nefroloq Barat Yusubovun səhlənkarlığı ucbatından sevilən aparıcı, pedaqoq Rəna Bayramqızı həyatını itirib. Belə bir şəxsin “Yeni Klinika” kimi tibb müəssisəsinə rəhbər təyin olunması təəccüb doğurmaya bilməz.

Amma ötən ayın əvvəllərində TƏBİB-in direktor vəzifəsini icra edən Cavid Paşayevin müqaviləsinə xitam verildikdən sonra V.Qurbanov Yeni Klinikaya öz adamını yerləşdirməyi bacarır. Cavid Paşayev ilə elə də isti münasibətləri olmayan V.Qurbanov direktor vəzifəsini icra edən Baş Həkim C.Pasayevin müqavilə müddətini uzatmir. Eyni zamanda cumhuriyyet.az-a daxil olan məlumata görə B.Yusibovun təyinayindan sonra klinikada hər gün kütləvi işdən cixarmalar olur. İşdən çıxarılan işçilərə isə ərizə yazaraq öz istəkləri ilə işdən çıxmaları ilə bağlı bildiriş edilir. İşçilər də münaqişəyə getməyərək öz ərizələri alinaraq işdən çıxarılır. İyulun son 20 günündə demək olar ki, əsas şöbə müdirlərinun ərizələri alinaraq işdən çıxarılıb. Yeni rəhbərlik bütün əsas strateji postlara öz adamlarını yerləşdirməyi hədəfləyiblər.

Vüqar Qurbanovun dostu aşbazı necə kadrlar rəisi edib?

Digər utancverici fakt Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Elnarə Arif qızı Məmmədova haqqındadır. 1977-ci il təvəllüdlü, Qobustan rayonu, Qobustan şəhəri, Şikar Şükürov küçəsi, ev 3, mənzil 2 ünvanda qeydiyyatda olan bu xanım gənclik illərində yeməkxanalarda, yas məclislərində “povır”- aşbazlıq edirmiş. Həmin vaxt, Qobustan Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn Elnarə ilə tanış olur. Media üzərindən aparılan araşdırmalara əsasən, cumhuriyyet.az bildirir ki, Emin Hüseyn Astara Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunarkən, heç bir ali və tibbi təhsili olmayan Elnarə Məmmədovanı özü ilə Astaraya aparır və Astara Mərkəzi Xəstəxanasının Kadrlar şöbəsinə müdir təyin edir. 2015-ci ildə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2 milyon manat mənimsəmədə adı hallanan, bu qalmaqallı baş həkimi Astaradan çıxarıb, Qobustan Mərkəzi Xəstəxanasına baş həkim təyin edir. Emin Hüseyn Elnarə Məmmədovanı yenidən özü ilə Qobustan Mərkəzi Xəstəxanasına gətirərək Kadrlar şöbəsinə müdir təyin edir. Vüqar Qurbanov daha sonra dostunu Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin etdi. Amma Emin Hüseyn bu dəfə Elnarə Məmmədovanı özü ilə Şamaxıya apara bilmir və bir müddət sonra Elnarə Məmmədova Səkinə Sadıqovanın direktor olduğu Sumqayıt Tibb Mərkəzində kadr şöbəsinin müdiri vəzifəsinə təyinat alır. Əslən Gürcüstandan olan Emin Hüseyn dostu Elnarə Məmmədovaya 30.09.2019-cu il tarixdə Gürcüstan Millenium Universitetindən HEM 000141 saylı diplom alıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Biznes, Hüquq və Sosial Elmlər ixtisası istiqamətində Biznesin idarəedilməsi ixtisas dərəcəsi üzrə verilən diplomun ekvivalentini təsdiq edib. Konkret olaraq təhsil naziri Emin Əmrullayev 2021-ci ildə diplomu təsdiq edib və qeydiyyat nömrəsi də 022109-dur. 1977-ci il təvəllüdlü Elnarə Məmmədova 2019-cu ildə, yəni 42 yaşında necə saxta diplom alıb. və bu saxta diplomu Təhsil Nazirliyi təsdiq edib. Onu da qeyd edək ki, Elnarə Məmmədovanın qızının həyat yoldaşı Ozal da, hal-hazırda Qobustan xəstəxanasında işləyir. Ozaldan əlavə Elnarə Məmmədovanın qızı Mayanın və oğlu Valehin də Qobustan Tibbi Mərkəzdə adları işçi kimi gedirdi. Onlar ölü canlar kimi saxlanılaraq yalnız və yalnız məvacib alırdılar. Emin Hüseyn Şamaxıya gedəndə onları işdən azad etdi. Amma kürəkəni Ozal hal – hazırda Qobustan Tibbi Mərkəzdə şöbə müdiri vəzifəsində çalışır. //aztoday.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz