Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğluvəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özbaşınalıqlar edir. O, kəndin ümumi istifadəsində olan örüş sahələrini eləcə də meşə zolaqlarını yandırıb məhv etməklə imkanlı şəxslərə satır.Vətəndaşlar isə isə mal-qarasını otarmağa yer tapmırlar.
Bu haqda Dünyanınsəsi.Az saytına eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova Kəlbəcər rayonu Bəzirxana kəndində qeydiyyatda olub, müvəqqəti olaraq Ağdaş rayonu Mürsəl kəndi ərazisində fermada yaşayan Qasımov İslam Əhməd oğlu tərəfindən ünvanlanmış olan şikayət ərizəsi göndərilib.
Həmin şikayət ərizəsini olduğu kimi təqdim edirik:
“Hörmətli cənab Nazir! Mən Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğlunun qanunsuz əməlləri barədə bir müddət əvvəl Sizə müraciət etmişəm, müraciətim araşdırılması üçün Ağdaş rayon polis şöbəsinə göndərilmişdir.
Belə ki, Bəhruz Həmidov vəzifə səlahiyyətlərindən sui-istifadə edib Mürsəl kəndi ərazisində təxminən 4 hektara yaxın əkin üçün nəzərdə tutulmamış torpaq sahəsini özünə yaxın olan Mürsəl kənd sakinləri Azər və Azad adlı qardaşların vasitəsi ilə şumlatdırıb əkdirmişdir. Bununla əlaqədar həmin ərazidə olan yulğun kolları kəsilib çıxardılmış və nəticədə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 8 saylı Mingəçevir regional idarəsinin rəsmi müraciətinə əsasən təbiətə 5600 manat dəyərində ziyan vurulmuşdur.
Hörmətli cənab Nazir mən Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğlunun bu qanunsuz əməlləri barədə 2022-ci ilin dekabr ayından başlayaraq mütəmadi olaraq Ağdaş rayon polis şöbəsinə müraciət etmişəm və müraciətimdə Bəhruz Həmidovun əməllərini konkret faktlarla qeyd etmişəm. Mənim Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsinə etdiyim müraciətlərim nəticəsində qeyd edilən ərazidə qanunsuz torpaq sahələrinin əkilməsi və yulğun ağaclarının kəsilməsi öz təsdiqini tapmışdır. (sənədlərin surəti əlavə olunub)
Bundan sonra Ağdaş rayon polis şöbəsi və prokurorluğu tərəfindən Həmidov Bəhruz Əhmədiyyə oğlunu cinayət məsuliyyətindən kənarda saxlamaq üçün torpaq sahəsinin qanunsuz əkilməsi və yulğun ağaclarının kəsilməsini Mürsəl kənd sakini Şaiq adlı sakin tərəfindən (Bəhruz Həmidovun qohumu) səfhən şumlatdırıldığı barədə sonradan saxta
sənədlər toplandı. Əgər şumlanmış torpaq sahəsini Azər və Azad deyil, Şaiq adlı sakin əkmişdirsə, Şaiq necə olur ki, uzun illərdir həmin özünə məxus yeri istifadə edir və indiyə kimi əlavə torpaq sahəsi istifadə etməyib, bu il səhv edib artıq torpaq sahəsi şumlayıb. Buna ona əsas verir ki, Bəhruz Həmidov Azər və Azadla əlbir olub qanunsuz torpaq sahəsi şumlayıblar, mən şikayət edəndən sonra fikirləşib cinayət məsuliyyətindən kənarda qalmaq üçün qanunsuz şumlanmış torpaq sahəsini onlar yox, qohumları Şaiqin səhvən əkdiyini bildirməsinə razılaşıblar. Çünki Şaiqin həmin yerdə kiçik torpaq sahəsi var, onun torpaq sahəsini səhvən əkməsi bir az reallıq kimi görünə bilər. Belə olan halda Şaiq əvvəlcədən özünün nə qədər torpaq sahəsi olmasını bildiyi üçün nəyə görə artıq əkilən torpaq sahəsinin pulunu Allahverən adlı traktor sürücüsünə ödəyib, əgər ödəyibsə fikirləşməyib ki, onun
torpaq sahəsinin ölçüsü o qədər deyil. (Allahverən adlı sürücünün izahtının alınmasını mən xahiş etmişəm, amma bilmirəm ki, onun izahatı alınıb, yoxsa alınmayıb) Çünki torpaq sahələri hektarla şumlanır və hər bir şumlanan hektara görə pul ödənilir. Bundan əlavə mən
Ağdaş rayon prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət edib qeyd edilən ərazidə torpaq sahəsi şumlandığı zaman Azər və Şaiqin telefon nömrələrinin anten şəbəkəsinin həmin ərazidə olması yoxlanılmasını bildirmişəm, çünki torpaq sahəsi şumlandığı zaman
həmin yerdə Şaiq olmamışdır, orada Azər olmuşdur. Buna sübut kimi mənim şikayətim əsasında həmin əraziyə gələn polislər orada Şaiqi yox, Azəri görmüşlər. Bu sübut deyil ki,
torpağı kim şumlatdırıb. Əgər Şaiq həmin torpaq sahəsini əkmişdirsə mən niyə görə bu günə qədər bütün dövlət orqanlarına etdiyim şikayətdə onun adını yox, Azərin və Azadın adını çəkmişəm. Bütün bunlar ona əsas verir ki, Şaiq həmin torpaq sahəsini özü şümlatdırdığını bələdiyyə sədri Bəhruz Həmidovun xahişi ilə üzərinə götürmüşdür. Ona görə ki, Azər və Azad cinayət məsuliyyətinə cəlb olunacaqları təqdirdə həqiqəti deyərək etdikləri əmmələri Bəhruz Həmidovun sifarişi ilə etdiklərini deyəcəklər.
Hörmətli cənab Nazir mən təxminən 5 ay müddəti ərzində etdiyim müraciətimin nəticəsi barədə dəfələrlə Ağdaş rayon polis şöbəsinə getsəmdə müstəntiq Nail müəllim tərəfindən müxtəlif bəhanələrlə araşdırmanın davam etdiyi bildirilib, bu günə qədər mənə müraciətimin gedişi və ya baxılmaması barədə heç bir rəsmi cavab verilməmişdir. Mənim Ağdaş rayon polis şöbəsinə aramsız getməyimin nəticəsində 28 aprel 2023-cü il tarixdə Ağdaş rayon polis şöbəsinin təhqiqatın rəisi Rəşid müəllim tərəfindən qəbul olunduqdan sonra o, mənə materialın onda olduğunu və yekunlaşdırıb cinayət işi başlayacağını bildirdi.
Hörmətli cənab Nazir Ağdaş rayonu Mürsəl kənd bələdiyyəsinin sədri Həmidov Bəhruz Əhmədiyyə oğlunun qanunsuz əməllərini Sizə bildirmək üçün xahiş edirəm məni qəbul edəsiniz, çünki mənim Ağdaş rayon polis şöbəsinə olan ümidlərim artıq ölmüşdür.
Hörmətlə, Qasımov İslam Əhməd oğlu
Dünyanınsəsi.Az