Azərbaycan vətəndaşları Laçın yolunda "Ekoloji terrora son!" Şuarı ilə soyuq və şaxtalı havada sağlamlığlarını təhlükə altına qoyduğu bir vaxtda Ağdaş şəhərinin Bayraq meydanının yanında, yol kənarında 9 ədəd çoxillik yaşıl ağaclarına qarşı demək olar ki, soyqırım elan edilib.
"Azərbaycan Reallığı"na hadisə yerindən fotolar göndərən vətəndaşlar bildirir ki, Bu nəyinki ekologiyaya ziyan vurmaqdır, eyni zamanda həssas bir vaxtda dövlət siyasətinin əleyhinə gedərək ölkəmizi gülünc vəziyyətə qoymaq və dövlət siyasətinin əleyhinə getməkdir. Ağdaş sakinləri dövlət qurumlara üz tutaraq baş verən xoşagəlməz halın qarşısinı tez bir zamanda alınmasın xaiş ediblər.
AZƏRBAYCANREALLIĞI.COM