Axtarış...

Ağdaşda məmur oğlunun toyunda QANLA BİTƏN DAVA - Rəis müavini bıçaqlandı

Ağdaşda məmur oğlunun toyunda QANLA BİTƏN DAVA - Rəis müavini bıçaqlandı

Məmurların və onlara yaxın şəxslərin içki məclislərində iştirakları, habelə bu məclislərdə özlərini layiqincə apara bilməməıləri sanki adət halını alıb. Bütün ölkə BDU rektoru Abel Məhərrəmovun içkili halda törətdiyi əməllərinin müqabilində başına gələn məlum aqibəti çözələdiyi bir zamanda bu dəfə əyalətdən maraqlı bir xəbər almışıq.

Belə ki, DİA.AZ-ın elektron poçtuna göndərilən xəbərdə qeyd olunana görə, bu günlərdə, daha dəqiqi 10 noyabr tarixində Ağdaşda yerli məmurlardan birinin övladının toyunda qanqaraçılıq düşüb.
Ağdaşda məmur oğlunun toyunda QANLA BİTƏN DAVA - Rəis müavini bıçaqlandı
Ağdaşda məmur oğlunun toyunda QANLA BİTƏN DAVA

Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışov

Məlumatı verən mənbə iddia edir ki, hadisə Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışovun oğlunun toyunda baş verib və içkinin təsirindən gələn qonaqlar arasında qanlı dava düşüb.

Mənbənin dia.az-a bildirdikləri: "Həmin toyda iştirak edən Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisinin Aydın adlı müavini ilə qonaqlardan olan Rahim adlı şəxs arasında bıçaqlanma olub".

İçkinin təsiri altında olan hər iki şəxsin hansı durumda olması ilə maraqlansaq da, günün sonu olması səbəbindən nə Kənd Təsərrüfatı Nairliyində, nə də qeyd olunan qurumun Ağdaşdakı idarəsində suallarımıza cavab verən olmadı.

Hər halda, məsələni dəqiqləşdirməyə çalışacağıq və məmurun sağlıq durumu ilə bağlı son bilgiləri diqqətinizə çatdıracağıq. Dia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz