Mən Ağdaş rayonu Nizami küçəsi ev 18 sakini Abbasov Qorxmaz Tofiq oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmirullayevə müraciət edirəm
Cənab Nazir Sizə məlum edirəm ki, Ağdaş rayonu Təhsil Şöbəsinin müdiri Hürü Əliyevanı yarıtmaz fəaliyyəti nəticəsində Ağdaşda təhsil bərbad günə düşüb.Nəticədə də gələcəyimiz olan uşaqlar savadsız böyüyüb cəmiyyətə yararsız inteqrasiya edirlər.
Belə ki, Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbin tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlu saxta diplomla işə qəbul edilmişdir. Bu qanunsuzluğa şəraiti isə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva öz maraqlarına görə yaratmışdır.Oruc Yusifovun Zaqatala Müəllimlər İnstitutunun 4 il oxuyub diplom alması yalandır həmin diplom yoxlanılarsa saxta olması təsdiq olunacaq.
Həmçinin Oruc Yusifov müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından və sertifikasiyadan keçməyib.Belə olan halda onun orta məktəbdə müəllim vəzifəsində işləməsi korrupsiya əməli hesab edilir.
Buna isə şəraiti Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva və Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbin direktoru yaratmışdılar.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabər hüquqa malikdri.
Sizdən xahiş edirəm müraciətimdə qeyd etdiyim korrupsiya hallarını tam, hərtərəfli və obyektiv araşdırıb qanun pozuntusuna yol vermiş vəzifəli şəxslərin barəsində tədbir görəsiniz və saxta diplomla məktəbdə Tarix-Coğrafiya fənni tədris edən Yusifov Oruc Eyvaz oğlunun təhsil sistemindən uzaqlaşdırasınız.
Teref.az olaraq məktubda qaldırılmış iddialarla bağlı adları çıkilən şəxs və qurumların mövqeyii işıqlandırmağa hazırıq!
Teref.az