Əgər, vətəndaşların hər hansı şikayəti araşdırılmırsa, müraciəti cavabsız qalırsa, baş verə biləcək hər hansı faciə və ya xoşagəlməz halın məsuliyyəti şikayət olunan təşkilat rəhbərliyinin və bu kimi yarıtmaz rəhbərliyi himayə edən yuxarı, dövlət orqanının üzərinə düşür. İllərin sınağından çıxıb gəlmiş bu kimi məntiqi yanaşmanın əsas görünən tərəfi odur ki, vətəndaşlarla hökumət arasında yaradılan uçurum məhz bu cür münasibətdən qaynaqlanır. Nəticədə insanlar dövlətindən narazı düşür, bir qrup isə özbaşınalıqlarını və harınlıqlarını davam etdirirlər.
Hələ əksi sovetlər dönəmində və eləcədə müstəqilliyimizin ilk illərində KİV - lərdə yazılan hər hansı kiçicik yazı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb, şikayətdə və müraciətdə qaldırılan məsələlər xırda detallarına qədər araşdırılıb, lazımi ünvanlara cavab verilirdi. Bu da, tərəfləri məsuliyyətli olmağa, işlərinə vicdanla yanaşmağa sövq edirdi. Bu kimi yanaşma getdikcə aradan çıxdıqca, "mənəm - mənəmlik, özbaşınalıq, məsuliyyətsizlik" özünə geniş yer edib, insanları dövlətindən narazı salmağa başladı...
Artıq dəfələrlə bizə müraciət edib, səslərinin dövlət başçısına, Birinci Vitse-prezidentə və digər aidiyyəti dövlət qurumlarına çatdırılmasını istəyən, "MOSKVA" TM QSC-nin bir qrup Səhmdarları və İcarədarlarının tələblərinin hələ də eşidilməməsi, bu günə kimi tələblərinin yerinə yetirilməməsi yuxarıda deyilənlərə bir əyani misaldır. Onların dili ilə desək, gələcəkdə baş verə biləcək faciələrin təməlinin qoyulmasıdır. Bu cür yanaşmnın acı nəticəsidir ki, narazı tərəf hələ də qaldırdıqları məsələnin araşdırılmaması dan giley edib yazırlar. "—... etdiyimiz müraciətlər KİV - lərdə işıqlandırılır, ictimailəşir ancaq təsirli tədbirlər görülmür ki, görülmür..."
Bu narazılıqların aidiyyatı qurumlarda araşdırılmaması, diqqətdən kənar qalması narazılıq yaradanları daha da harınlaşdırır, özbaşınalığlarını artırır.
Qarşı tərəfin müraciətinə əsaslanıb deyə bilərik ki," MOSKVA" TM QSC - doğurdan da göz yaşlarına inanmır. "1975 - 1978 - ci illərdə inşası başlanan, Moskva şəhərinin şərəfinə tikilən, ölkəmizin o vaxtkı rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən açılışı edilən bu TM - i, bu gün, orada çalışanlar üşün hər an faciə yarada biləcək bir obyektdir. Şikayətçilər iddia edirlər ki, 2014 - cü ildə baş verən məlum yanğından sonra, hesablanmış bütün ziyan yalnız Səhmdarların və İcarədarların hesabına ödənilmişdir. Yanmış invertarlar, qurğular bu insanların şəxsi vəsaiti hesabına yenilənmişdir. 2016 - 2017-ci illərdə TM rəhbərliyinin müəmmalı qərarı ilə TM - nin bütöv üz örtüklərinin yenilənməsinə başlanıldı. Qranit və ağ laylar sökülərək onun yerinə, inşaat materialı kimi istifadəsi qadağan olunan penoplastk piltələri ilə üzlənildi. Penoplastik materialın "Azadlıq" prospektindəki faciəsi bir çox bu kimi üzvlüklə üzlənilmiş obyektləri bu üzvlüyün sökülməsinə gətirib çıxartdı. Lakin bu üzlük bu gündə bizim TM - ni fasadın bəzəyir. Hər an faciə ilə üz-üzə qalırıq. Yarıtmaz rəhbərliyin başı isə, yerlərin daraldılması və digər düşüncələrlə haradan - "çox pul" qazanaram fikiri ilə yaşayır. Lakin oranın işçilərinin və ticarət üçün gələn vətəndaşların təhlükəsizliyinə heç bir zəmanət verilən iş görülmür. //azerinfo.info//