“Bərdənin icra hakimiyyətinin başçısı Vidadi İsayevdən həm Dövlət Təhlükəsizlik Xidmətinə, həm də Baş Prokurluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlər arasında icra başçısının cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə biləcək faktlar var”.
Bu barədə Gununsesi.info-ya bir qrup Bərdə sakinlərinin yazdığı müraciətdə bildirilir.
Sakinlər adından yazılan məktubda deyilir ki, Vidadi İsayev şəhid ailələri və qazilərin problemlərini təşkil olunan tədbirlərlə ört-basdır edir: “Bütün işləri də işçilərinə tapşırır. Fərdi şəkildə nə şəhid ailələrinin, nə də qazilərin qayğıları ilə maraqlanmır. Onun rayona məxsus örüş-otlaq sahələrini satması , Mənzil Kommunal Birliyinin yanacağına göz dikməsi faktları var”.
Sakinlər iddia edir ki, Vidadi İsayevdən hüquq-mühafizə orqanlarına edilən şikayətlər arasında onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən faktlar da var.