Axtarış...

İmkanları olsa, siçanı da yuvasından çıxarıb, oranı kirayəyə verərlər... - İLGİNC İDDİALAR...

İmkanları olsa, siçanı da yuvasından çıxarıb, oranı kirayəyə verərlər... - İLGİNC İDDİALAR...

"Moskva" unvermağı kimi tanınan Moskva Ticarət Mərkəzinin icraçı direktoru, qohum-əqrəbası ilə eynən bu gündədi.

Moskva Ticarət Mərkəzindən, özlərini mərkəzin Səhimdarları və icarədarları kimi təqdim edənlərin birinci müraciətinə saytımızda dediklərini dərc etməyimizə baxmayaraq bizdəndə narazı idilər. Əsas tələbləri də o idi ki, onların səsləndirdikləri sərt ittihamları aidiyyatı qurumlara KİV olaraq çatdıraq.
Növbəti görüşümüz narazılıq üzərində qurulsada, əsas səsləndirdikləri ittihamlar olduğu kimi qalırdı. Həm ötəndəfəki görüşümüzdə, həmdə indiki görüşümüzdə səsləndirdikləri problemlər bizi illər öncə rastlaşıb müşahidə etdiyimiz gülməli bir hadisəni yadımıza saldı...
Onuda xüsusi qeyd edim ki, bizimlə görüşən mərkəzin əməkdaşları, bir çox Səhimdarların və icarədarların mərkəzdə yaradılan mövcud idarəetmədən narazılıq edib, hələlik gözləmə mövqeyi seçirək, narazılıqların birtəhər boğurlar. O üzdən də, hələlik adlarının açıqlanmasını istəmirlər. Biz də, KİV olaraq mövcud Konstitusiyaya və qanunlara istinad edərək şikayətçilərin şikayətini, qarşı tərəfdə göndərdiyimiz sorğuya cavab ala bilmədiymizdən verməyə borcluyuq.
Və bir daha vurğulayırıq ki, bu məsələylə bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Maddə 1. Məlumat azadlığı

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

O vaxtlar, özəl, şəxsi mülkiyyətə çevrilmiş inzibati bir binanın bir otağını redaksiyamız üçün icarəyə götürmüşdük. Düzü, rahatlığımız üçün, baxımsızlıq üzündən qapı- pəncərəsi bərbad gündə olan həmin binanın bir otağını öz vəsaitimiz hesabına təmir etdirdik. Yavaş - yavaş qonşu otaqlarda, müxtəlif iş adamları tərəfindən icarəyə götürülüb, bizim kimi təmir etdirdilər.
Binanın sahibi olduğca kök, şişman biri idi. Hər səhər biz icarədarlar işə gələndə, bu şişman müdiri, idarənin həyətində kölgəlikdə, iki metrlik arıq - uzun müavini ilə dayanıb söhbət etdiklərin görürdük. Demək olardı ki, idarə binasının uçub dağılan, yararsız otaqların iş quran adamlar, ürəkləri istədiyi kimi təmir etdirib, binanın içərisini abıra mindirmişdilər. Bu şişman müdürlə, uzun müavin başladılar icarədarlarla kobudluğ etməyə. Yerli, yersiz hamı ilə münaqişə yaradırdılar ki, bezikdirib qaçırsınlar. Bir gün, redaksiya əməkdaşlarından biri, bu, müdir-müavinin etdiklərinin ad çəkmədən satirik qələmlə lətifəyə bənzər bir yazı yazdı. Elə gözəl, orjinal yazı və yazıya uyğun karakatura çəkdirmişdi. Ağacın kölgəsində dayanmış şişman müdirlə, uzun müavin, gözlərini yuvadan çıxan siçana zilləyib bir-birinə deyir. —"Bəlkə siçanı buradan çıxaraq, onun yuvasın " arendaya" verək...? "
Moskva Ticarət Mərkəzinin Səhimdarları və icarədarlarının həyacan təbili çalaraq, KİV olaraq, bizim vaistəmizlə səslərinin dövlət başçısına, hüquq, mühafizə orqanlarına və digər aidiyyatı qurumlara çatdırılması üçün redaksiyamıza ünvanladıqları müraciətləri ötən günləri yadıma saldı.
Səhimdarlar və icarədarlar danışdıqlarından belə aydın oldu ki, hazırda ticarət mərkəzinin icraçı direktoru Xankişiyev Əhməd QSC - in Səhimdarların ümumi səsverməsi ilə seçilməyib. Bu cür "təyinatın" yaratdığı özbaşınalıq, Səhimdarların və icarədarların hüquqlarının məhdudlaşdırılması, daimi basqı, qorxu altında işləmələri onların "səbr kasasını" daşımağa başlayıb. Səhimdarların, icarədarların haqsız yerə incidilməsi, icraçı direktorun qohum-əqrəbalarına, ona yaltaqlıq edən köhnələrə verdiyi geniş səlahiyyət, bu səlahiyyətdən sui - istifadə onları bezdirib. Özbaşına istədikləri yeri kimə istəsələr icarəyə vermək, istədikləri yerin əvvəlki görünüşünü dəyişməklə, illərlə işlədilən yerin kiçiltmək, görünüşünə, reklamlarına xələl gətirməklə insanları işləyib evlərinə apardığı çörəyi də zəhərə çevirirlər. Bu arxayınçılıq, özbaşınalıqların daha geniş vüsət almasına gətirib çıxardıb.
Mərkəzin giriş qapısının üstündəki yukdaşıyıcı konstruksiyaları( 3 tonluq Riqelin) gecə vaxtı sökdürülməsi, icraçı direktorun təmtəraqlı, əvvəlki mühafizə polisinin, mülkü polisə çevrilərək bu gəlişin mühafizəsi, 3 - cü mikrorayon dairəsindən mərkəzin qarşısına qədər səsli-küylü mühafizə zolaqının yaradılması harınlığın, özbaşınalığın görünənidir. İcarəyə verilən yerlərin, zərgərlik məmulatlarının işlənilməsi, bu zaman istifadə olunan kimyəvi maddələrdən istifadəsi olduqca təhlükəli olması belə nəzərə alınmaması onu göstərir ki, bu özbaşınalığa kimsə rəvac verir.
Onuda vurğulayaq ki, bu şikayətçilərin aidiyyatı qurumlara etdikləri şikayətlər ya aidiyyatı qurumlara çatmır və ya kimlərsə bunun qarşısını alır.
İnsanların bu cür incidilməsi, narazı salınması, bir tikə çörək üçün bu qədər iztirablar içinə salınması görəsən kimə lazımdı və nəyə görə edilir...?
Bu özbaşınalıqlara son qoyan biri tapılacaqmı yazıb soruşan Səhimdarlar və icarədarlar haqqları uğrunda mübarizə aparacaqlarını dönə-dönə vurğulayırlar.
P. S: Biz KİV olaraq onların müraciətlərin aidiyyatı qurumlara çatdırmaqla, mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq. //Azerinfo.media//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz