Əvvəllər deyirdilər ki, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin bir dənə də olsun "budka"sı yoxdur... Sonradan məlum oldu ki, "boz kardinal" sən demə, az qala ölkənin yarısını satın alıb. Əl vurduğun yerin, "ağsaqqal"a aid olduğunu dedilər...
Həmin "budka"lardan birinin də Sədərək Ticarət Mərkəzi olduğu artıq hər kəsə məlumdur. Başında "Sədərək Yusif" kimi tanınan Yusif Qədimbəylinin dayandığı bu TM-nin necə bir "budka" olduğu da hər kəsə yaxşı məlumdur. Bununla bağlı DİA.AZ-a olduqca ilginc informasiyalar daxil olub.
Belə ki, hökumətdəki məbnənin sözlərinə görə, yaxın günlərdə Sədərək Ticarət Mərkəzində hüquq-mühafizə orqanları tərəfindən TOTAL TƏFTİŞ gözlənilir.
Mənbənin dia.az-a söylədikləri:
"Ramiz Mehdiyevin başındakı cəncəl, daha doğrusu, başını hansı cəncələ soxduğunu müşahidə etməkdədyik. Ona görə də belə bir şəraitdə "Sədərək Yusif"in başını salamat saxlayacağını gözləmək imkansızdır. Yaxın vaxtlarda onun da "hicabına baxılacaq". Artıq indidən gözlənilən prosesin simptomları hiss olunmaqdadır.
Sədərək Ticarət Mərkəzində sahibkarlardan son günlər əsassız pul toplanışı intensivləşib. Ordakı obyektlərin bəziləri dəyər-dəyməzinə satılır. Sanki bir "kapitulyasiya" ab-havası var..."
Məlumatı verən mənbə bütün bunları "Sədərək Yusif2in önləyici təbdirləri kimi qiymətləndirir. DİA.AZ-a deyilənlər:
"Yusif müəllim ağıllı adamdır. Yaxşı başa düşür ki, Ramiz Mehdiyev boyda "çətir" deşilibsə, onun başına "göydən nə desən, ələnəcək"... Ona görə də indidən tədbirini görür".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...