Axtarış...

“OBA Market” aldatdığı müştərilərə hədiyyə təklif edir - BU DA FAKT!!!

“OBA Market” aldatdığı müştərilərə hədiyyə təklif edir - BU DA FAKT!!!


“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi olan “OBA Market” MMC 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Ötən ilin iyulundan MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə “Veysəloğlu”nun öz kadrı olan maliyyəçi Natəvan İbrahimova irəli çəkilib.
“OBA Market” barəsində dəfələrlə müvafiq qurumlar tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokollar tərtib edilib. Belə protokollardan biri hal-hazırda baxılması üçün verildiyi Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır.
Şirkətin əliəyri siyasəti ilə bağlı internet informasiya məkanında yetərincə şikayət və iradlar, tənqidi fikirlər vardır. Məsələn, Bildir.az saytında internet istifadəçilərinin “OBA Market”dən gileylərini ifadə edən bu kimi şərhləri qalmaqdadır.
Əbdüləli Müslümzadə, 11 iyul 2023-cü il: “Salam, terminaldan ödəniş edərkən , qəbzdə olan məbləğdən 4 AZN çox vurulub terminalda, ola bilsin səhvən vurulub, bunu ƏDV vurarkən bildim, bu məsələ ilə bağlı hara yaxınlaşmalıyam? Alış - veriş etdiyim filialdan uzaq qalıram, yoxsa, özlərinə müraciət edərdim”.
Elvin Rustemov, 18 aprel 2023-cü il: “Göyçay şəhərinin mərkəzində olan “OBAS Market” bütün marketlərdə havayı olan paketləri fürsətdən isdifadə edib 3 qəpik hesab edirlər. Vallah, belə də olmaz daa”.
Kazım Ağayev, 1 aprel 2021-ci il: “OBA Market”də qiymətlər ucuz olsa da, məhsulların keyfiyyəti çox aşağıdır, neçə dəfə vaxtı keçmiş məhsulla qarşılaşmışam”.
Bu günlərdə bu sətirlərin müəllifi də “OBA Market”in xidmətindəki yumşaq ifadə ilə desək, qüsurları ilə rastlaşıb. “OBA RETAİL CHAİN” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 40 B ünvanda fəaliyyət göstərən mağazasında vitrində qiyməti 0,99 AZN yazılmış led lampasının qiymətinin kassirin verdiyi qəbzdə 1,95 AZN qeyd edildiyini evə gedəndən sonra aşkarladım. Sonra OBA marketlər şəbəkəsinin məsul işçisi Hikmət Əliyevin telefonunu öyrənib whatsapp vasitəsilə səsli mesajlaşdım. Mağaza Hikmət Əliyev ola bilsin həmin malın qiymətinin vaxtilə endirimdə olduğunu, amma endirim kampaniyası bitdikdən sonra yeni qiyməti əks etdirən elanın asılmadığını təxmin etdiyini bildirdi.

Sonra isə aradakı təxminən 1,0 AZN (bir manat) qiymət fərqinin əvəzində narazı müştəriyə nəsə hədiyyə edə biləcəklərini təklif etdi. Ən nəhayət, ehtimal bildirdi ki, müştəri led lampaların modellərini səhv sala bilər, müvafiq olaraq fərqli modellərin qiymətləri də fərqli olmalıdır.
Təbii ki, Hikmət Əliyevin ortaya qoyduğu arqumentlər bütün hallarda tutarlı deyil. Məsələn, satılan məhsulun qiyməti endirimdə olubsa, kampaniya dayanandan sonra rəfdə qiyməti göstərən elanlar niyə vaxtında dəyişdirilməməlidir? İkincisi, tutaq ki, Hikmət Əliyev narazılığını ifadə edən müştəriyə maddi güzəşt etməyə hazırdır, bəs elə isə aldadıldığından xəbəri olmayan müştərilərin mənafeyini kim qoruyacaq? Üçüncüsü, ucuz model led lampalarının qiyməti üstündə göstərilirsə, bahalı model malın qiyməti niyə gizlədilməlidir?
Mövzuya qayıdacağıq. //azerinfo.info//

Text-to-Speech

DİNLƏ






Şərh yaz