Axtarış...

"Akkord Nəqliyyat” MMC MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB

"Akkord Nəqliyyat” MMC MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB


"Akkord Nəqliyyat” MMC-yə yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Millitv.az
FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyunun icraatındadır.Xatırladaq ki, "Akkord Nəqliyyat” MMC 3 503 460.71 manat sərmayə ilə 06.05.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Sərxan Məmmədbağırov İlham oğludur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz