Axtarış...

“OBA” MARKETLƏRDƏ ƏHALİYƏ “ZAY MƏHSUL SATILIR” İDDİASI – EYYUB HÜSEYNOVDAN HÖKUMƏTƏ ÇAĞIRIŞ

“OBA” MARKETLƏRDƏ ƏHALİYƏ “ZAY MƏHSUL SATILIR” İDDİASI – EYYUB HÜSEYNOVDAN HÖKUMƏTƏ ÇAĞIRIŞ

“Ən yaxşı ekspertiza ictimai rəydir. Əgər ictimai rəydə OBA marketlər şəbəkəsi ilə bağlı hər hansı bir neqativ rəy varsa, deməli, biganə qalmaq olmaz, deməli, həqiqət var”.

Bu sözləri TİA.Az– Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov son vaxtlar sosial şəbəkələrdə “OBA” marketlər şəbəkəsi haqda yayılan iddialara münasibət bildirərkən deyib. Sosial mediada yazılanlara görə, “Veysəloğlu” şirkəti məhz “OBA” marketlərdə keyfiyyətsiz məhsulları satışa çıxarır.
Bəzi hallarda isə “Araz” marketdə vaxtı bitməkdə olan mallar “OBA”ya daşınır. Amma deyilir ki, “OBA”da daha çox ucuz, keyfiyyətcə aşağı qidalar tapmaq olar. Misal üçün keyfiyyətsiz kolbasa-sosis malları, ucuz yağlar və s.
“OBA” MARKETLƏRDƏ ƏHALİYƏ “ZAY MƏHSUL SATILIR” İDDİASI – EYYUB HÜSEYNOVDAN HÖKUMƏTƏ ÇAĞIRIŞ

E.Hüseynovun da sözlərinə görə, insanlar əsasən “OBA” marketlər şəbəkəsində qiymətin ucuz olmasından şübhələnirlər:
“Biz tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. Lakin ümumilikdə ola bilər ki, malın yararlılıq müddəti heç qurtarmasın, o anbarda artıq sıradan çıxsın. Bu kimi malların da son taleyi çox təəssüflər olsun, biz istehlakçılar oluruq. Biz dəfələrlə məsələ qaldırmışıq ki, istifadə müddəti keçən mal dükandan birbaşa zibilxanaya getməlidir. Hökümətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitdən onlar sui-istifadə edir. Mən höküməti cəld reaksiya mexanizmi yaratmağa çağırıram. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin zəng vuran kimi həmin yerə müdaxilə imkanı olsun. Təəssüflər olsun ki, belə müdaxilə imkanları da yoxdur. Biznes qurumları da bundan sui-istifadə edir. İstisna olunmur ki, OBA marketdə də neqativ hallar yoxdur. Sadəcə bizə bu barədə konkret şikayət daxil olmayıb”.

TİA.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz