Axtarış...

"Veysəloğlu" məhkəməni jurnalistə uduzdu: Şikayət rədd edildi - VİDEO

"Veysəloğlu" məhkəməni jurnalistə uduzdu: Şikayət rədd edildi - VİDEO


Abşeron rayon məhkəməsində Abşeron rayon məhkəməsinin hakimi Şuşa rayon məhkəməsinin Sədr əvəzi Cəmilə Səfiyeva sədirliyi ilə Gundelik-baku.com saytı və onun baş redaktoru Habil Vəliyeva qarşı, Veysəloğlu şirkətlər qrupunun rəhbəri Aydın Talıbovun, xususi ittiham qaydasında etdiyi şikayətə baxılıb. Veysəloğlu şirkətlər qrupunun rəhbəri Aydın Talıbov məhkəməyə gəlib şikayətlərini müdafiə etmədiyi üçün, xususi ittiham qaydasında edilən şikayət hakim tərəfindən icrata götürülməyib. Və şikayət rədd edilib.

Millitv.az xəbər verir ki, Gundelik-baku.com saytının baş redaktoru Habil Vəliyev məhkəmə önündə verdiyi açıqlamasında hakim tərəfindən verilən qərarı müsbət hal kimi qiymətləndirib. O, ədalətli qərar görə məhkəməyə və digər güc strukturlarına öz təşəkkürünü bildirib.

Text-to-Speech

DİNLƏ






Şərh yaz