Fətullah Gülən məsələsi sadə bir məsələ olsaydı, biz bir media olaraq bunun üzərində təkrar-təkrar dayanmazdıq. Təsəvvür edirsiniz, Türkiyə kimi qosqoca və qüdrətli bir ölkə 2016-cı ilin 15 iyulunda Fətullah Gülənin hazırladığı çevrilişin qarşısını çətinliklə ala bildi, yüzlərlə insan dünyasını dəyişdi və s.
Fətullah Gülənin hiyləgərliyi orasındadır ki, özü Amerikada otursa da, dünyanın bir çox ölkələrində təhsil mərkəzləri açıb, adamlarını orduya, polisə, məhkəməyə, universitetlərə, liseylərə və s. yerləşdirib.
Biz hələ ki, çox dərinə getmək istəmirik, amma gələcək araşdırmalarımızda Kənd Təsərrüfatı Nazirliyindəki, Dini qurumlarla iş üzrə Dövlət Komitəsindəki və digər qurumlardakı FETÖ-çularla bağlı araşdırma aparacağıq.
Yeri gəlmişkən, bir neçə il əvvəl Prezident Aparatında çalışan vəzifə sahiblərindən biri öz doğma anasından Fətullah Gülənə salam və sevgi söyləmişdi və demişdi ki, “Validəm də Sizə....O MƏSƏLƏ...”
Sözün qısası, yuxarıda dediyimiz kimi Fətullah Gülən daha çox təhsil müəssisələrinə, universitetlərə, liseylərə üstünlük verib. Belə liseylərdən biri də Azərbaycanda fəaliyyət göstərən ZİRVƏ hazırlıq kurslarıdır. Zirvə Kurslarının Təsisçisi - Direktoru isə Rahib İmrahimovdur.
Müavini isə Rahib İmrahimovun baldızı Rita xanımdır. Yuxarıda qeyd etdiyimiz ..” Validəm də...” məsələsində olan kimi deyirlər Rahibin baldızı Rita xanımın da Fətullah Gülənə böyük sevgisi və sayqısı var.
Nə isə, əsas mövzudan yayınmayaq. Deməli, liseyin www.zirve.edu.az saytına daxil olaraq bəzi məlumatlara nəzər salırıq. Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırlığı kursları fəaliyyət göstərir.
Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun, az qala, hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir. Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Və vaxtilə Fətullah Gülənin Türkiyədə tətbiq elədiyi və “Mən kasıb balalarına sahib çıxacam” metodunu ZİRVƏ-nin direktoru Rahib İmrahimov Azərbaycanda tətbiq eləməyə başlayıb.
Kasıb uşaqlarını dini təriqətə cəlb etmək üçün onlara pulsuz kitablar paylayıb, Fətullah Güləni təbliğ edib və üstəlik, həmin uşaqları pulsuz hazırlaşdırıb...
Müdriklərin yaxşı bir sözü var: Deyirlər pulsuz, müftə ancaq tələdəki pendir ola bilər... Yəni bütün bu oyunların başında gənc nəsli FETÖ tələsinə salmaq dayanırdı...
Biz bir daha təkrar edirik ki, bizim məqsədimiz ZİRVƏ kursu deyil, dövlətimizin maraqlarıdır və biz hətta Direktor Rahib İmrahimovun özəl həyatına, həyat yoldaşı Humay xanımla başlarına gələnlərə toxunmuruq. Ancaq onu qeyd etməliyik ki, Azərbaycanda FETÖ-çulara qarşı əməliyyat keçirilən kimi Rahib İmrahimov 180 dərəcə dəyişdi, tez profilini dəyişdirdi və özünü elə aparmağa başladı ki, sanki FETÖ ilə heç bir əlaqəsi yoxdur.
Ancaq bilənlər bilir ki, direktorun bütün kitabları Türkiyədə çap olunub Azərbaycana gətirilir. Ancaq bir məsələ də maraqlıdır ki, direktor Rahib İmrahimov öz müavini və baldızı olan Rita xanıma daha çox hüsni-rəğbətlə yanaşır, hətta evindəkilərdən də çox qayğı göstərir. Bəli, Rahib İmrahimov baldızı Rita xanıma çox bahalı CİP avtomobili alıb bağışlayıb...
Biz bir söz demirik, varlığa nə darlıq. Amma direktorun gəlir mənbələri, FETÖ ilə əlaqələri ciddi araşdırılmalıdır.
P. S. Növbəti yazımızda özünü ağıllı kimi cəmiyyətə təqdim edən bambılı, çoxyaşlı haqqında yazı dərc edəcəyik.
Gündəlik Bakı